Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:33

Ekspert: 'Bank sahibləri özləri bankların vəsaitini talayıblar' [video]


Kreditdən yaxa qurtarmaq üçün vətəndaş özünü müflis elan edə bilər?
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

Kreditdən yaxa qurtarmaq üçün vətəndaş özünü müflis elan edə bilər? [A-Live]

Dövlət, banklar, vətəndaşlar özləri belə halların qarşısını almaq üçün nə edə bilərlər.

Malik Hüseynov özünü 2015-ci ilin noyabrında Bakıda, “Muğanbank”ın Binəqədi filialının qarşısında yandırmışdı.

Banka borcu olduğunu əsas gətirərək:

“Məni söyürdü. Ən çox xətrimə dəyən bu oldu. İndi mən bayıra çıxa bilmirəm. Üzümdən utanıram. Uşaqlarım məndən qorxur indi”.

Buna da bax:​ Özünü bankın qarşısında yandırdı

Həmin vaxt “Muğanbank” ümumiyyətlə belə bir müştərisinin olmadığını bildirmişdi.

Malik Hüseynov isə deyir ki, hadisədən sonra bank onun borcunu silməyə söz verdi, amma silmədi. İndi də zəng edib borcu tələb edir.

Bank üzrə hüquqşünas Əkrəm Həsənov deyir ki, məhkəmə intihara cəhd və ya intihar hadisəsinin hansısa bank əməkdaşının intihar həddinə çatdırma səbəbindən baş verdiyini müəyyənləşdirsə, həmin şəxs cəzalandırılmalıdır. Hüquqşünas deyir ki, bir çox hallarda kredit borcuna görə intiharlar pis rəftar, bankların durmadan vətəndaşa zəng etməsi nəticəsində baş verir. Amma deyir ki, bu cür davranışa görə kiminsə cəzalandırıldığını xatırlamır.

Buna da bax:​ Q.İbadoğlu: 'Problemli kreditlərin məhkəmələrdə kompleks həlli yoxdur'

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin aprelində Azərbaycanda problemli kreditlərin, yəni, qaytarıla bilməyən kreditlərin payı 10,2 faiz olub.

Bəs banklar nə etsin? Onlar da pullarını toplamalı deyillərmi?

Əkrəm Həsənov isə deyir ki, borcu qaytarmağa heç cür imkanı olmayan vətəndaş özünü müflis elan edə bilər:

“Vətəndaş məhkəməyə müraciət edə bilər ki, gəlirim yoxdur və ya gəlirim özümü dolandırmağa yetmir. Bu halda “Müflisləşmə və iflas haqqında qanun” a görə, onun borcları silinir”.

Buna da bax:​ DB Azərbaycan hökumətinə kreditləri silməyi təklif edir [video]

Əkrəm Həsənov deyir ki, problemli kreditlərin çox cüzi hissəsi vətəndaşlara aiddir:

Əkrəm Həsənov, bank məsələləri üzrə ekspert
Əkrəm Həsənov, bank məsələləri üzrə ekspert

“Əksər pulları bank sahibləri, ya da bank nəzarəti orqanı çıxarıb. Camaatın qaytarmadığı hissə çox azdır. Bank sahibləri özləri bankların vəsaitini talayıblar”.

Əkrəm Həsənov bir məqama diqqəti çəkir, deyir k, problemli kreditinin həcmi 3,3 milyard dollar olan Beynəlxalq Bank özü beynəlxalq kreditorlardan güzəşt, vaxt istəyir. Üstəlik, bu kreditlərin qaytarılmasını dövlət üzərinə götürür. Məsələ borclu vətəndaşına çatanda isə dövlət susur.

Buna da bax:​ 'Dövlət pulları talan edilib, amma bunu biz ödəməliyik'

Milli Məclisin deputatı Vahid Əhmədov bundan əvvəl AzadlıqRadiosu-na bildirmişdi ki, qaytarıla bilməyən kredit probleminin həlli ilə Maliyyə Bazarlarına Nəzarət Palatası məşğul olur. Biz Palataya sorğu göndərib soruşduq ki, banklarda problemli kreditlərin nə qədəri vətəndaşların payına düşür, nə qədəri bank rəhbərlərinin, sorğumuza cavab ala bilmədik.

Psixoloq Günel Aslanova isə deyir ki, banklar vətəndaşa fərdi yanaşmalı, banklarda psixologiya bölməsi fəaliyyətə başlamalıdır.

XS
SM
MD
LG