Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:27

Ekspert: 3+3 platforması uzun müddət davam etməyəcək


Ermənistan itkilərini açıqladı, 6 əsgər ağır durumda
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Ermənistan itkilərini açıqladı, 6 əsgər ağır durumda

Gürcü ekspert: Gürcüstan üçün vacib olan Qərb dəyərlərinin daşıyıcısı olan ölkələrlə bir sırada olmaqdır

3+3 formatında keçirilməsi təklif olunan görüş bu gün- dekabrın 10-da Moskvada, bir dövlət əskik- Gürcüstanın iştirakı olmadan baş tutub.

3+3 platforması keçənilki Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür.

Məqsəd regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bir müddət öncə demişdi ki, belə bir platformanın yaradılmasından məqsəd bölgədə sabitliyi bərqərar etmək, düşmənçilikləri ortadan qaldırmaqdır.

Bu platforma - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyəni birləşdirməli idi.

Tbilisinin öz yolu var

Amma iki ay əvvəl Gürcüstanın Xarici İşlər Nazirliyi bu formatda iştirakdan imtina etmişdi. Tbilisi bildirmişdi ki, Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalını davam etdirdikcə, onunla birgə əməkdaşlıq platformalarında iştirak etməyəcək.

Gürcüstandan ABŞ-ın Atlantic Council analitik mərkəzinin eksperti Batu Kuteliya deyir ki, Gürcüstan bu görüşdə iştirak etməsə də, rəsmilər bu haqda geniş açıqlama vermirlər, bu isə Rusiyanı qəzəbləndirməmək üçündür.

O deyir ki, Gürcüstanın gələcəyi üçün platformaya qoşulmamaq doğru addımdır, çünki Gürcüstan üçün vacib olan Qərb dəyərlərinin daşıyıcısı olan ölkələrlə bir sırada olmaqdır. Batu Kutelia deyir ki, hətta bu platformaya qatılmasa belə, bu, Gürcüstanın regionda təcridi ilə nəticələnməyəcək:

“Əgər Gürcüstan demokratiya yoluna sadiq qalsa, Avropa iqtisadi məkanına inteqrasiya etsə, güclənəcək, bu halda Gürcüstanı təcrid etmək qeyri-mümkün olacaq. Nə coğrafi baxımdan, nə də ki, azad və şəffaf biznes mühiti baxımından. Amma hansısa ölkənin siyasi marağına xidmət edən hansısa layihə olacaqsa, bu da həmin ölkələrin öz problemidir. Düşünmürəm ki, Gürcüstan bu platformaya qoşulmasa ciddi itkiləri olacaq. Gürcüstan qonşuları ilə yaxşı münasibətləri saxlayır və üstəlik, hansısa regional əməkdaşlıq olarsa, Gürcüstan Avropa iqtisadi sisteminin bir hissəsi olaraq əlverişli tərəfdaş ola bilər və hər kəs də onunla əməkdaşlıqda maraqlı ola bilər”.

Bu platforma uzun çəkməyəcək

Azərbaycanlı siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, bu platforma çərçivəsində əməkdaşlıq uzun zaman çəkə bilməyəcək. Onun sözlərinə görə, bu masada əyləşən dövlətlərin bir-biri ilə tarixi ədavətləri, kəsişən maraqları var, belə ki, həm İran, həm Türkiyə, həm də Rusiya Qafqaza daxil olmaq istəyir və bu maraqlar yalnız Qafqazda kəsişmir:

“Bunu başqa regionlara da aid etmək olar. Məsələn, Suriyada Rusiya-İran koalisiyası və ona qarşı duran Türkiyə var. Demək olar ki, bütün regionlarda onların maraqları toqquşur. Bu maraqları uzlaşdırmaq demək olar ki, qeyri-mümkündür. Türkiyə ilə Rusiya, Rusiya ilə İran arasındakı bəzi ittifaqlar ancaq qısamüddətli ola bilər və konkret istiqamətləri əhatə edə bilər”.

Rauf Mirqədirovun fikrincə, hələki, bu böyük dövlətlər münasibətlərinin qısa müddətdə yaxşı olması barədə rəy yaratmaq istəyirlər. Məsələn, Türkiyə konstruktiv addımlar atan bir dövlətin, İran isə təcrid olunmadığının görüntüsünü yaratmaq istəyir. Bundan başqa Türkiyə istəyir ki, Cənubi Qafqazda mövcudluğunu möhkəmləndirsin. Şərhçi deyir ki, Azərbaycan və Ermənistan da bu böyük dövlətlərlə uzlaşaraq platformada iştirak edir, amma ki, reallıqda Cənubi Qafqazda bütün maraqların uzlaşdırılması mümkün deyil.

APA xəbər agentliyinin məlumatına görə, 3+3 platforması ölkələri toplantıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunublar, görüş qapalı keçib.

XS
SM
MD
LG