Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:33

Gürcüstan Rusiyaya sanksiyalara qoşulmayacaq


İrakli Qaribaşvili
İrakli Qaribaşvili

Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib

Gürcüstan ölkənin və xalqın maraqlarını nəzərə alaraq Qərbin Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarına qoşulmağı planlaşdırmır. Bu haqda ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.

“Bu (sanksiyalar) ölkəmizə və xalqımıza daha böyük ziyan vuracaq”, – Qaribaşvili bildirib.

Hökumət başçısı Milli Təhlükəsizlik Şurasının, yaxud parlamentin xüsusi iclasının keçirilməsinə gərək duymadığını qeyd edib.

Həmrəylik əlaməti olaraq Kiyevə səfər edib-etməyəcəyi haqda suala cavabında Qaribaşvili Ukraynanın hava məkanının hazırda bağlı olduğunu deyib.

ABŞ Prezidenti Co Bayden aktivləri bir trilyon dollardan az olmayan Rusiya banklarına qarşı yeni sanksiyaları açıqlayıb. Onların sırasında VTB bank da var.

Bundan başqa, Birləşmiş Ştatlar Rusiyanın dollar, avro, funt-sterlinq və yenlə biznes aparmaq imkanlarını məhdudlaşdıracaq, ölkəyə yüksək texnologiya məhsullarının idxalını yarıbayarı azaldacaq.

Məhdudiyyətlər Rusiya sənayesinə və kosmik sahəyə də aiddir. Ayrı-ayrı məmurlara, böyük biznesmenlər və onların ailələrinə də sanksiyalar tətbiq edilir.

XS
SM
MD
LG