Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:19

Moskva məhkəməsi Krım körpüsündə partlayışa görə Gürcüstan vətəndaşını qiyabi həbs edib


2022-ci ilin 8 oktyabrında Krım körpüsündə partlayış sonrası
2022-ci ilin 8 oktyabrında Krım körpüsündə partlayış sonrası

Moskva məhkəməsi 2022-ci ilin oktyabrında Krım körpüsündə baş vermiş partlayışla bağlı Gürcüstan vətəndaşı Aleksandr İnasaridzeni iki ay müddətinə “qiyabi” həbs edib.

İnasaridze Rusiya Cinayət Məcəlləsinə əsasən terrorizmə köməkdə, partladıcı maddələrin qanunsuz alınmasında və saxlanmasında, habelə qaçaqmalçılığında ittiham edilir.

İstintaqın versiyasına görə İnasaridze 2022-ci ilin oktyabrında Krım körpüsündə yük maşınının partladılması ilə əlaqəli şəxs sayılır. Amma onun bu hadisədəki rolunun nədən ibarət olduğu xəbər verilmir.

Bundan bir gün əvvəl Moskvanın Basmannı rayon məhkəməsi Krım körpüsündə partlayış işi üzrə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Malyukun “qiyabi” həbsi barədə order vermişdi.

Rusiya bunu “terror”, Ukrayna isə əməliyyat adlandırırdı

2023-cü ilin avqustunda Malyuk bu hücum barəsində təfərrüatlı məlumat vermiş və bildirmişdi ki, bu əməliyyatın təşkili üzərində o və təhlükəsizlik xidmətinin daha iki əməkdaşı işləyiblər.

Krım körpüsündə partlayış 2022-ci ilin 8 oktyabrında baş vermişdi. Partlayış nəticəsində bir neçə adam, o cümlədən Moskva Arbitraj Məhkəməsinin hakimi Sergey Maslov həlak olmuşdu.

Bundan başqa körpünün avtomobil zolağının iki keçidinə ziyan dəymiş, eyni zamanda körpünün dəmir yolu zolağı ilə gedən qatarda yanğın başlamışdı.

Rusiya hakimiyyəti baş vermiş hadisəni “terror aktı” adlandırmışdı.

Daha sonra FTX “terror aktına hazırlığın” iştirakçısı olan 12 nəfərdən 8-inin saxlandığını, beş nəfərin isə həbs edildiyini bildirmişdi.

FTX-dən təşəkkür alandan bir gün sonra...

İstintaqın versiyasına görə uzun yük avtomobillərindən birində daşınan bomba partlamışdı.

Bu avtomaşın Ulyanovskdakı TEK-34 logistika firmasına məxsus idi. Bu firmanın direktoru Oleq Antipov bomba əvəzinə Krıma 23 ton tikinti plyonkası daşımalıydı.

Antipov partlayış barədə xəbəri eşidən kimi FTX-yə zəng etmiş və şəxsən ifadə vermək üçün Sankt Peterburqa yollanmışdı.

Antipov FTX-dən təşəkkür alsa da, ertəsi gün onun evində axtarış aparılmışdı.

Bundan bir neçə gün sonra, oktyabrın 14-də polislər yenidən onun evinə gələrək Antipovu həbs etmişdilər.

Bir gün sonra isə o terrorizm ittihamı ilə təcridxanaya salınmışdı.

Antipov barədə qətimkan tədbiri seçməli olan məhkəmə iclasında müstəntiq iddia edirdi ki, Antipova qarşı ittiham şahid ifadələri, istintaq protokolları və əməliyyat-axtarış tədbirlərinin protokolları ilə təsdiq olunur.

XS
SM
MD
LG