Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:30
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanlı "Çarli Çaplin" finalda

Azərbaycanlı "Çarli Çaplin" America"s Got Talent" yarışmasının yarımfinalında son anda 6 metrlik nərdivandan yıxılsa da, tamaşaçı səsverməsi ilə finala çıxıb. Final sentyabrın 16-da yayımlanacaq.

1-ci yeri tutana 1 milyon dollar mükafat və Las Veqasda öz şousunu keçirmək hüququ verilir.(Yarımfinal videosu aşağıda)

Rayondan gələn maşınlar burda duracaq

Paytaxtın girişində rayon qeydiyyatında olan avtomobillər üçün ödənişsiz duracaqların tikintisi başa çatdırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev apa-ya bildirib ki, şəhərin şimal girişindəki duracaq Bakı-Quba yolunun 160-cı km-də, Abşeron Gənclər şəhərciyi yaxınlığında, şəhərin cənub girişindəki duracaq isə Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığındadır.Ətraflı burada

X siniflərdə təhsil təmayülləşir

2015-2016-cı tədris ilindən etibarən müəyyən olunan qaydalarla komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq. Bu barədə Report-a Təhsil Nazirliyindən məlumat verilib. Pilot layihə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edir.Ətraflı burada

Azərbaycanda uşaq ölümləri çox yüksəkdir

5 yaşınadək uşaq ölümləri Ermənistanda hər min nəfərə 18, Gürcüstanda 15, Azərbaycanda isə 52-dir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının və UNİCEF-in yeni hesabatı deyir. Ətraflı burada

Davamı

XS
SM
MD
LG