Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:53
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Səudiyyə Almaniyada 200 məscid tikməyi təklif edir

Səudiyyə Ərəbistanı Almaniyada Suriyadan olan qaçqınlar üçün 200 məscid tikməyi təklif edib.Bunu Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzeti yazıb.​Daha ətraflı burdan oxuya bilərsiz

Körpəli qaçqına badalaq vuran jurnalist işdən qovuldu

Macarıstanın milli televiziyası olan “N1TV” kanalının qadın operatoru Petra Laszlo polislərdən qaçan və əlində körpəsi olan miqranta badalaq vuraraq, yerə yıxdığı üçün işdən qovulub.

Bunu əks etdirən video sosial şəbəkələrdə əks-səda doğurandan sonra televiziya rəhbərliyi onu işdən çıxarmalı olub.

Kanalın baş redaktoru Sabo Kisber deyib ki, “Bizim həmkarımız Reske düşərgəsində (mühacirlərin saxlanıldığı yer) özünü düzgün aparmadı”.

Rusiya Azərbaycana 50 BMP-3 maşınını yola salır

Rusiya Azərbaycanın sifariş etdiyi BMP-3 piyada döyüş maşınlarının sonuncu partiyasını - 50 maşını yola salmağa hazırlaşır.Bunu Rusiyanın TASS xəbər agentliyi hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəyə istinadla bildirir. Mənbə Nijni Tagildə sentyabrın 9-da açılan “Arms Expo-2015” hərbi sərgisi zamanı danışıb.

“Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq"

TASS xatırladır ki, Rusiya Azərbaycanın sifariş etdiyi T-90C tanklarının çatdırılmasını da yekunlaşdırmaq üzrədir. Söhbət 100 tankdan gedir. Ətraflı burada

Azərbaycanlı "Çarli Çaplin" yıxıldı (video)

“Americas Got Talent” proqramına qatılan azərbaycanlı Üzeyir Novruzov yarımfinalda öz nömrəsini nümayiş etdirərkən, lap sonda yıxılıb. Ancaq xoşbəxtlikdən ona heç nə olmayıb.

Davamı

XS
SM
MD
LG