Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:10

İnquşetiyada ailə zorakılığından qaçan qız Ermənistan polisindən sərbəst buraxılıb


Fatima Zurabova
Fatima Zurabova

"Marem" qadın haqları təşkilatı AzadlıqRadiosuna bildirib ki, Rusiyanın İnquşetiya Respublikasında ailə zorakılığından qaçan 21 yaşlı qadın Ermənistan polisindən azad edilib.

Təşkilat bildirir ki, Fatima Zurabova Yerevandakı polis şöbəsini insan haqları fəallarının müşayiəti ilə tərk edib və hazrda təhlükəsiz yerdədir.

Zurabovanı geri qaytarmaq üçün onun qohumları Yerevana gəlmişdilər.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistanda ailəsindən məişət zorakılığına görə qaçmış 21 yaşlı İnquşetiya sakini Fatima Zurabova qohumlarının sorğusu əsasında saxlanıb.

Bu barədə məlumatı AzadlıqRadiosunun Rus xidmətinə təhlükədə olan qadınlara dəstək verən "Marem" təşkilatının rəhbəri Svetlana Anoxina verib.

Xəbər verilir ki, polislər Aştarak şəhərində gənc qızın müvəqqəti yaşadığı mənzilə gələrək onu Yerevandakı polis şöbələrindən birinə aparıblar.

Orada ona barəsində açılmış hansısa cinayət işi barədə məlumat verərək telefonunu əlindən alıblar.

Dayısı ilə eyni kamerada

Polis məntəqəsində Zurabovanı onu axtarmağa gəlmiş dayısı Yusup və onun dostu ilə eyni təcridxana kamerasına salıblar.

Qohumları Zurabovanı hədələyərək ondan evə qayıtmasını tələb edirdilər.

Zurabova bildirib ki, Ermənistana zorakılqıdan qaçaraq gəlib və burada kömək istəyib. Amma ona bildirlib ki, heç cür köməklik göstərə bilməyəcəklər, çünki "cinayət" Rusiya ərazisində törədilib.

Gənc qadın polis mnəntəqəsində saxlanır, çünki o burada nisbi təhlükəsizlikdədir.

İnsan haqları müdafiəçiləri ehtiyat edirlər ki, əgər Zurabova küçəyə çıxarsa, onu zorla İnquşetiyaya apara bilərlər.

"Yerevan polisi onun hüquqlarını pozub"

Bu da xəbər verilir ki, Yerevan polisində Zurabovanın qohumlarının təhdidləri barəsində ərizəsini qəbul etməyiblər.

Ona habelə məişət zorakılığı təhlükəsində olduğuna dair arayış da verilməyib. Bu arayışsız Zurabovanı heç bir sığınacaq qəbul etməyəcək.

Anoxina deyib ki, Ermənistan polisi Zurabovanın bütün hüquqlarını pozub:

"Onun hüquqları kobud şəkildə pozulub. Onu dayısı ilə bir kameraya salıblar, halbuki qız buna etiraz etmişdi. Onun telefonu əlindən alınıb. Vəkillə görüşməsinə imkan verilmir. Dayısının dediyinə görə onun Ermənistan DİN-də nüfuzlu dostları var. Biz ehtiyat edirik ki, dayısı bu imkandan istifadə edə bilər".

Zurabovanın dayısı habelə "Fatimaya kömək etmiş bütün şəxsləri" hədələyib.

"İnquş cəmiyyətinə hyaraşmayan davranış"

Sentyabrın sonlarında Fatima Zurabova insan haqları müdafiəçilərinə müraciət edərək ailədə sistematik döyülməyə məruz qadığını bildirmişdi.

Qohumları onu inquş cəmiyyətinə "yaraşmayan" davranışda və profilaktik" məqsədlə döydüklərini bildirmişdilər.

Qohumlar deyirdilər ki, məsələn Fatima başqa ailə üzvlərinin rəyləri ilə razılaşmır və itaətsizlik göstərir.

Zuraboba noyabrın 8-də işə getmək bəhanəsi ilə evdən çıxa bilmiş və Marem təşkilatının köməyi ilə Minvodı şəhərindən Ermənistana uçmuşdu.

XS
SM
MD
LG