Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 12:33

İranda üç günün içində 8 nəfər edam edilib


Belçikada İrandakı edamlara etiraz aksiyası
Belçikada İrandakı edamlara etiraz aksiyası

İranda üç gün ərzində azı səkkiz nəfər edam olunub. Yerli fəallar onların çoxunun narkotik maddəsilə saxlandığını bildirirlər. “Amnesty International” insan haqları təşkilatı isə bu yaxınlarda İranı həbsxanalarını “qətl sahələri”nə çevirməkdə ittiham edib.

Bəluç Fəallar Kampaniyasının avqustun 21-də yaydığı məlumata görə, narkotik maddələri üzrə dörd edam Zahedan həbsxanasında həyata keçirilib.

Bəluçdan iki məhbus Zahedanda avqustun 19-da edam olunublar. Onlara 2012-ci ildə baş vermiş birgə qətl işinə görə qisas hökmü çıxarılıb.

İnsan haqları qrupunun məlumatına görə, apreldən bəri Bəluçdan qadınlar daxil olmaqla 84 məhbus edam olunub.

Müxtəlif media orqanları avqustun 19-da Dezful şəhərindəki həbsxanada bir nəfərin və Şeyban həbsxanasında başqa bir şəxsin edam olunduğunu bildirir.

“Amnesty International” iyunun 2-də yaydığı hesabatda qeyd edir ki, Tehran dünyada Çini çıxmaqla, istənilən ölkədən daha çox edam gerçəkləşdirir. Qurum ölkə həbsxanalarının “qətl sahələri”nə çevrildiyini vurğulayır.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, təkcə iyulda 61 edam həyata keçirilib. 2023-cü ilin əvvəlindən isə İranda 423 nəfərin edam olunduğu təsdiqlənib. Ancaq real rəqəmin daha yüksək olduğu bildirilir.

İranda edamların sayı ötən ilin sentyabrında başlamış etirazlardan sonra daha da yüksəlib. Həmin vaxt 22-yaşlı Məhsa Əmininin guya hicabı düzgün bağlamadığına görə həbs olunandan sonra polisdə vəfatı kütləvi etirazlara yol açıb.

XS
SM
MD
LG