Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:00

Reuters jurnalisti İsrailin hava hücumunda ölüb


Dünən, oktyabrın 13-də Livanın cənubunda İsraildən atılan raket zərbələri nəticəsində Reuters agentliyinin jurnalisti ölüb. Eyni hadisə nəticəsində altı jurnalist isə yaralanıb

Bu barədə Reuters agentliyin özü məlumat yayıb.

Məlumata görə, Reuters, Al Jazerra və AFP jurnalistləri Livanın cənubunda İsrail və Hizbullah qruplaşması arasında toqquşmaların yaşandığı bölgədə peşə fəaliyyəti ilə məşğul olarkən raket zərbələrinin hədəfi olublar.

Hadisə nəticəsində ölən jurnalist İssam Abdallah
Hadisə nəticəsində ölən jurnalist İssam Abdallah


Livanın baş naziri Nəcib Mikati və Hizbullah rəsmiləri jurnalistin ölümünə görə İsrail ordusunu günahlandırır.

İsrail ordusunun rəsmiləri, hələlik, jurnalistin ölümü ilə bağlı heç bir açıqlama verməyib.

İsrailin BMT-dəki nümayəndəsi Gilan Erdan cümə günü keçirdiyi briqindsə jurnalistlərin ölümündən danışıb: "Aydın məsələdir ki, biz peşə fəaliyyəti ilə məşğul olan heç bir jurnalisti öldürmək və ya vurmaq istəmirik. Ancaq sizin də bildiyiniz kimi biz müharibə şəraitindəyik və belə hadisələr baş verə bilər." - o deyib.

XS
SM
MD
LG