Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:49

Rusiya qüvvələrinin Kiyevdən bir qədər geri oturdulduğu xəbər verilir


Mariupolda yanan binalar
Mariupolda yanan binalar

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Mariupolda müharibə deyil, “terror” apardığını deyirlər

Ukrayna paytaxtı Kiyevin şimal-şərq və şərqindəki Rusiya qüvvələri martın 23-ə olan məlumata görə 55 kilometr geri oturdulub.

ABŞ müdafiə rəsmilərindən birinə istinad edən media xəbərlərində deyilir ki, Kiyevdən şimal qərbdə olan Rusiya qüvvələri isə “səngərlənməyə” və “müdafiə mövqeləri” yaratmağa çalışır.

Bundan əvvəl Pentaqon, Qərb və Ukrayna rəsmiləri Rusiyanın hücumlarının bütün istiqamətlərdə divara dirəndiyini deyirdilər.

Onlardan bəziləri bunu da bildirirlər ki, Ukraynanın bəzi istiqamətlərdə əks-hücuma keçə biləcəyini göstərən əlamətlər var.

ABŞ silahları gəlir

Bu arada xəbər verilir ki, ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq hərbi yardımının bir-iki günə Ukraynaya çatacağı gözlənilir.

Pentaqon rəsmiləri söhbətin ilk növbədə Stringer antitəyyarə, Javelin antitank raketlərindən, zirehli geyim və başqa ləvazimatdan getdiyini deyirlər.

ABŞ ekpertləri bildirirlər ki, Kiyev istiqamətində irəliləyişə nail ola bilməyən Rusiya qüvvələri əsas güclərini şərqi Donbas, xüsusilə də Luhansk ətrafına yönəldiblər.

Ekspertlərin fikrincə bu istiqanmətdə cəmləşdirilmiş Rusiya qüvvələrindən başqa ərazilərdə istifadə mümkün deyildir.

Bu arada Ukrayna qüvvələri hələ də güclü bombardman olunan Xarkov, Mariupol və Çerniqova nəzarət edirlər.

Bu da xəbər verilir ki, Ukrayna döyüşçülərinin güclü müqaviməti ilə üzləşən Rusiya qüvvələri cənubdakı liman şəhəri Mikolayevi də tuta bilməyiblər və hazlrda şəhər ətrafındakı mövqelərdə dayanıblar.

Ukrayna Rusiya ilə 9 humanitar dəhliz razılaşdırıb

Ukrayna bir neçə şəhərdən dinc sakinlərin təxliyəsi üçün Rusiyadan doqquz humanitar dəhlizlə bağlı razılıq əldə etdiyini bildirir.

Baş nazirin müavini İrina Vereşçuk martın 23-də bildirib ki, Mariupoldan Zaporojyeyə dəhliz də razılaşdırılıb, amma mühasirədə olan şəhərin mərkəzindən deyil, kənarından başlayır. Mariupolda onminlərlə sakinin elektriksiz, digər vacib təchizatsız qaldığı deyilir.

Kiyev regionundan da bir neçə marşrutun razılaşdırıldığı bildirilir.

Rusiyanın işğalının bəzi yerlərdə səngiməsi xəbərləri gəlsə də, Ukrayna şəhərlərinin. Mülki hədəflərin bombardmanı davam edir.

***

Kreml nüvə silahından istifadəni istisna etmir

Ukraynanı mühasirədə olan Mariupol şəhərində və paytaxt Kiyev ətrafında ağır döyüşlər getdiyi bir vaxtda Kreml nüvə silahlarından istifadəni istisna etməyib.

Müharibəyə qədər 400 min əhalisi olan Mariupol xarabalığa çevrilib, minlərlə dinc sakin öldürülüb, çoxları şəhərdən təhlükəsiz çıxış axtarır. Şəhəri müdafiə edənlərlə Rusiya qüvvələri arasında ağır döyüşlər gedir.

Ukraynanın Müdafiə Nazirliyi isə paytaxt Kiyev yaxınlığındakı Makarovdan Rusiya qüvvələrinin çıxarıldığını bildirir.

Bu xəbərin təsdiqlənməsi Ukrayna əsgərlərinin strateji magistrala nəzarəti ələ alması deməkdir. Üstəlik, Rusiyanın Kiyevi şimal-qərbdən mühasirəyə almaq cəhdləri də önlənmiş olar.

Rusiya əsgərlərinin cəsədlərini toplayıb əsirlərə dəyişmək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

“Təhlükəli” ritorika

Bu arada Kremlin sözçüsü Dmitri Peskov nüvə silahlarından istifadəni istisna etməkdən imtina edib. Yalnız “mövcudiyyətə təhlükə” olacağı halda bu silahlara əl atıla biləcəyini deyib.

“Bizim daxili təhlükəsizlik konsepsiyamız var və ictimaiyyətə açıqdır. Nüvə silahlarının istifadə oluna bilmə səbəblərini oradan oxuya bilərsiniz. Ölkəmizin varlığına təhlükə yaranarsa, konsepsiyamıza uyğun olaraq bu silahdan istifadə edilə bilər”, – Peskov martın 22-də CNN International-ə deyib.

Pentaqonun sözçüsü Con Körbi Moskvanın nüvə silahlarından potensial istifadəylə bağlı ritorikasını “təhlükəli” adlandırıb.

“Məsuliyyətli nüvə ölkəsi belə davrana bilməz”, – o jurnalistlərə deyib. Amma onu da deyib ki, Pentaqon rəsmiləri “strateji qabaqlayıcı mövqeyimizə dəyişikliyə səbəb olacaq heç nə müşahidə etməyib”.

Rusiya fevralın 24-də Ukraynanı işğala başlayandan sonra Prezident Vladimir Putin ölkənin strateji nüvə silahlarının yüksək hazırlıq vəziyyətinə gətirildiyini elan edib

Danışıqlar

Tərəflər arasında danışıqlarda böyük irəliləyiş baş vermir. Peskov martın 22-də iddia edib ki, proses “bizim istədiyimizdən xeyli yavaş gedir, mahiyyətcə zəifdir”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə martın 23-də videomüraciətində Rusiyayla danışıqların çətin getdiyini, bəzən qarşıdurma yarandığını deyib, “addım-addım irəliləyirik” deyə vurğulayıb.

Martın 22-də Mariupolun mərkəzində partlayış, atışma eşidilib.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Mariupolda müharibə deyil, “terror” apardığını deyirlər.

Rusiya isə mülki hədəfləri vurmadığını iddia edir.

XS
SM
MD
LG