Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:41

Mehman Əliyev 5 saat dindirilib


Məhkəmə Məhman Əliyevin şikayətini əsassız saydı
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Məhkəmə Məhman Əliyevin şikayətini əsassız saydı

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev sentyabrın 5-i 1 saylı Bakı İstintaq Təcridxanasında beş saata yaxın dindirilib.

Bu açıqlamanı dünən, sentyabrın 5-i Mehman Əliyevlə görüşən vəkil Fuad Ağayev verib.

Vəkilin deməsinə görə, M.Əliyev istintaqın çoxsaylı suallarına cavab verib, amma sualların əksər hissəsi ittihama aid olmayıb.

F.Ağayev istintaqın gedişini müsbət saymayıb.

«Ümumiyyətlə, barəsində ibtidai araşdırma aparılan cinayət işinin başlanmasının özü qanunsuzluqdur, istintaqdan hazırda hər hansı müsbət qərar gözləmirəm. İstintaq qeyri-müstəqildir. Hesab etmirəm ki, bu cinayət işini müstəqil şəraitdə başlayıblar və müstəqil şəkildə də ona xitam verəcəklər. Yəqin ki, dövlət başçısından burada bir iradə nümayişini gözləyirlər», - F.Ağayev belə deyib.

Vəkil M.Əliyevin səhhətinin normal olduğunu bildirib.

Mehman Əliyev şübhəli şəxs qismində saxlanıb
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Bundan bir gün əvvəl isə o, şübhəli şəxs qismində saxlanmışdı.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

XS
SM
MD
LG