Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:45
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017

Milli Şura Bakıda mitinq keçirdi

Aprelin 8-i Demokratik Qüvvələrinin Milli Şurası Bakının Yasamal rayonu ərazisindəki “Məhsul ” stadionunda mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Mitinq davam edir
Mitinq davam edir

“Biz bu meydana gəlməyə bilməzdik. “Talan yox”, “yalana yox”, “monarxiyaya yox”, “siyasi məhbuslar azadlıq” deməyə bilməzdik. Bu ölkənin onlarla ləyaqətli insanı həbsdədir. Onları düşüncələrinə, görə həbs ediblər. Onlara azadlıq tələb etməyə bilməzdik! ”.

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli belə deyib.

Əli Kərimli xatırladıb ki, bloqqer Mehman Hüseynov həbsdədir:

“O, bizə, ləyaqətli insanlara güvənib ədalətsizlikləri çəkib göstərirdi.

Siyasətçi İlqar Məmmədov illərdir ki, həbsdədir. Fuad Qəhrəmanlı, Məmməd İbrahim bu mitinqləri təşkil etdiklərinə görə, həbsdədir. Biz onlara necə azadlıq tələb edə bilməzdik?”...

Əli Kərimli deyib ki, hökuməti ifşa edən, onun iç üzünü açan Seymur Həzi həbsdədir:

“Əsgər ölümlərinə yox deyən İlkin Rüstəmzadə, qardaşına görə girov götürülən Murad Adilov, heykələ etiraz şüarı yazan iki gənc həbsdədir. Taleh Bağırov başda olmaqla onlarla ləyaqətli inanclı insanımız şərlənərək həbsə atılıb. Hacı Mövsüm, Hacı Sərdar, Hacı Abgül və onlarla başqa dindar qardaşımız ədalət istədiklərinə görə həbsdədir. Biz ona necə azadlıq tələb edə bilməzdik? ”.

O, əlavə edib ki, kimsə həbsdəki Qarabağ müharibəsi veieranı Asif Yusiflini unutmayıb.

“O, Qarabag qazisi Bakıda intihar edərkən buna görə etiraz aksiyası təşkil etmişdi. Biz onu necə darda qoya bilərik? ”.

Əli Kərimlinin deməsinə görə, seçki sistemini, azad medianı məhv ediblər ki, bir ailənin hakimiyyətinə etiraz etməsinlər:

“Ancaq biz burdayıq, buna yox deyirik. Bu meydana korrupsiyaya yox demək üçün gəlmişik. Onların mənimsədiyi milyardlar sizindir, bu xalqındır. Neft gəlirlərini talan etdilər, indi də ölkəni borc bataqlığına sürükləyirlər”

Əli Kərimli deyib ki, ölkəni korrupsiya bataqlığına salanlardan məsuliyyət tələb etməyin vaxtıdır.

“Mübarizənizdən vaz keçməyin. Əzmimizlə mübarizədə qalib gələcəyik. Azərbaycan xalqı diktaturaya layiq deyil. Mən xalqın bunu bacaracağına inanıram. Azərbaycanda hüququn aliliyi hakim olacaq ”, deyə o, çıxışını bitirib.

Milli Şuranın mitinqində xanımlar
Milli Şuranın mitinqində xanımlar

“1988-ci ildə xalqımız müstəqillik uğrunda meydanlara axışdı. Müstəqilliyi əldə etdik, ancaq müstəqilliyi, demokratiyanı dada bilmədik”.

Bu sözləri isə AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib.

O, ölkədə aparılan pensiya islahatlarına toxunub. Hökumətin xalqı taladığını, hətta yaşlı, ahıl insanların haqlarına sayğı göstərmədiyini ifadə edib:

“2.5 milyon soydaşımız kredit girovuna çevriliblər. Bu hökumətin bizə verdiyi budur”.

N. Məmmədli deyib ki, mübarizəyə Azərbaycanın xoşbəxtliyi naminə çıxıblar:

“150 milyardlıq neft pulunu mənimsədilər. Ölkəni korrupsiya bataqlığına saldılar. Ləyaqətli oğulları həbsxanalara doldurdular. Biz xalqın bu duruma düşürülməsinə heç vaxt biganə qalmadıq, qalmayacağıq”

Davamı

XS
SM
MD
LG