Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:57

'Paşa Holdinq' kitab evi açır


Kitab
Kitab

«Müasir Kitab Evi» şirkətinin yaradıldığı elan edilib.

Yeni şirkətin ünvanı «Port Baku Tower» iş mərkəzidir. «Paşa Holdinq»in bir neçə biznes təsisinə rəhbərlik edən Araz Ağayev kapitalı hələlik 100 manat olan bu şirkətə direktor təyin olunub.

İyunda qurulan bu şirkət haqda məlumatı Vergilər Nazirliyi indi açıqlayıb. Ötən 3 ayda onun fəaliyyətə başlaması haqda media vasitəsilə bir xəbər verilməyib. Şirkətin yaxın dövr üçün planları (açılacaq kitab mağazaları, kitabsevərlərə təqdim olunacaq ədəbiyyat) haqda AzadlıqRadiosunun sorğusuna isə «Paşa Holdinq»in rəhbərliyi cavab verməyib.

2006-cı ildə yaradılan «Paşa Holdinq»ə hazırda bank, sığorta, daşınmaz əmlak idarəetməsi, tikinti, turizm, otelçilik, ticarət, restoran biznesi sahəsində onlarla şirkət daxildir. Holdinqin 2015-ci ilin əvvəlinə aktivləri 3 milyard manat idi.

XS
SM
MD
LG