Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:45

Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'


Avtobus çatışmayanda (arxiv fotosu)
Avtobus çatışmayanda (arxiv fotosu)

"Əsasən səhər saatlarında və axşam saat 6-dan sonra biabırçılıq olur. Avtobusların qapısı bağlanmır. Adamlar qapıdan sallana-sallana gedirlər".

Abşeron rayonu, Pirəkəşkül qəsəbəsinin sakini Mirzağa Piriyev deyir, hər səhər avtobusdan sallanıb şəhərə, axşam da eyni vəziyyətdə qəsəbəyə qayıdır. Minlərlə sakinə vur-tut bir neçə avtobus xidmət göstərir:

Buna da bax:​ Çadırda yaşayan köçkün: 'Dedilər, çalışın, özünüzə bir gün ağlayın'

“SAHİBKARLARA GÖZ AÇMAĞA İMKAN VERMİRLƏR”

"Əhalinin böyük hissəsi "20 yanvar" istiqamətində hərəkət edən 114 saylı avtobusdan istifadə edir. Dəfələrlə yerli icra hakimiyyətinə və bələdiyyəyə müraciət etmişik ki, nəqliyyat problemimizə əncam çəksinlər. Köhnə hamam, köhnə tasdır. 19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində yenilik olmadığı kimi, nəqliyyat problemi də düzəlməyib. Ancaq icra hakimiyyətinə hansı məmurun qəbuluna getsən, ağızdolusu inkişafdan danışacaq".

Pirəkəşkül sakini Nadir Osmanovun fikrincə, iri sosial layihələrdən danışılan ölkədə kiçik bir qəsəbənin nəqliyyat problemi olmamalıdır:

"Söhbət ondan gedir ki, bu sahədəki sahibkarlara göz açmağa imkan vermirlər. Biri avtobus gətirir, xəttə buraxmaq üçün hökumət qurumlarına iri məbləğdə rüşvət verir, ancaq xətti çox işlədə bilmir. Sahibkar var ki, rüşvəti düzəldə bilmədiyindən avtobusları xətdən çıxarıb satıb, adamlar da qalıb yarı yolda..."

Buna da bax:​ Biləcəri sakinləri: 'Tikintidən ötrü ağacları kökündən çıxarıb...'

Ancaq pirəkəşküllüləri daha çox nəticə maraqlandırır. Onlar düşünürlər ki, hansı səbəbdən olursa olsun, vətəndaş əziyyət çəkməməlidir. Onlar qəsəbədən kənar yerlərə marşrut xətlərinin artırılmasını, hazırkı xətdəki avtobusların sayının çoxaldılmasını istəyirlər.

MÜRACİƏTLƏRİ CAVABSZ QOYAN QURUMLAR

Sakinlər bildirirlər ki, yayda başlarına gün vuraraq, qışda şaxtadan əlləri donaraq avtobusdan sallana-sallana getməyə məcburdular. Səhər qəsəbədən kənara məktəbə gedən uşaqlar, işə gedən qadınlar da əziyyət çəkir. Sakinlərin deməsinə görə, bəzən səhər saatlarında hərəkətdə olan avtobusların qapılarından məktəblilərin də sallanaraq getdiyini görmək olar.

Buna da bax:​ 'AAAF park' sakinləri: 'Deyirlər, İlham Əliyevin əmridir...'

Abşeron rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, günün müəyyən saatlarında qəsəbədən ətraf istiqamətlərə – əsasən də şəhərə doğru hərəkət edən avtobusların sayının artırılması üçün aidiyyəti qurumlara müraciət olunub. Lakin qurumlar müraciətləri cavabsız qoyub:

"Əlbəttə ki, insanların həyatı üçün təhlükəlidir. Sürücü müdaxilə edəndə qırğın düşür. Digər tərəfdən, avtobusların normadan artıq yüklənməsi texniki baxımdan da düzgün deyil. Çünki iki-üç reys bu şəkildə hərəkət edən avtobus sıradan çıxır, sürücü işi buraxıb avtobusu təmirdən ötrü qaraja aparmaq məcburiyyətində qalır. İcra hakimiyyəti də, bələdiyyə də çalışır ki, sıxlıq saatlarda xəttə əlavə avtobuslar buraxılsın. Yaxın vaxtlarda bu problemin həllinə nail olacağıq".

XS
SM
MD
LG