Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:30

Məhkəmə bəraət verdi: Polis 1 kq narkotiki işgəncəylə vətəndaşın üzərinə qoyub?


İllüstrativ foto
İllüstrativ foto

Bakının Hövsan qəsəbə sakini İsmayıl Seyidov 10 ay həbsdə saxlanılandan sonra təqsirsiz olduğu ortaya çıxıb. O, bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb

Bakının Hövsan qəsəbə sakini İsmayıl Seyidov 10 ay həbsdə saxlanılandan sonra təqsirsiz olduğu ortaya çıxıb. O, bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb.

47-yaşlı Seyidov narkotik satışında ittiham edirlərək həbs olunmuşdu. İddia olunurdu ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onun cibindən 1 kiloqramdan çox narkotik maddə olan heroin tapıblar.

Özü isə bunun yalan olduğunu deyir. Evdə oturduğu yerdə xeyli sayda polislər evlərinə hücum ediblər, anasını itələyiblər. Nəticədə anası elə xəsarət alıb ki, hətta sonradan xəstəxanada müalicə olunub.

Seyidovun sözlərinə görə, həmin gün polislərin onu döyə-döyə aparması küçələrdəki “Təhlükəsiz şəhər” kameralarına da düşüb. Öncə onu Suraxanıdakı 30-cu polis bölməsinə aparıblar. Polis bölməsində əl-ayağını qandallayıb, döyüblər, ondan tələb ediblər ki, az sonra evlərinə gedəndə orada olacaq narkotikin ona məxsus olduğunu kamera qarşısında etiraz etsin.

'14 il İranın çörəyini yemişəm' - Biləsuvardan reportaj
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00

“Vəkil qışqırırdı ki, məni hara gətirmisiz?”

Seyidov danışır ki, həmin vaxt ona Elçin Əmirov adlı vəkili müdafiəçi təyin ediblər. Vəkil gəlib və ondan nə baş verdiyini soruşub. O da başına gələnləri danışıb. Sonra polislər onları avtomobilə mindirib evlərinə aparıblar:

“Evimiz 3 otaqlı həyət evidir. Qardaşım əlil olduğu üçün mənimlə eyni otaqda qalırdı. Evin qapısı açılan kimi daxil olduqları otaqda sol tərəfdə qardaşımın, sağ tərəfdə mənim çarpayım var. Evə 10-12 nəfər daxil olmuşdu. Polislər qardaşımı o biri otağa aparmaq istəyirdilər. Vəkilin səsini eşitdim, qışqırırdı ki, “məni hara gətirmisiz?””

Bundan sonra bölməyə qaytarıldığını deyən Seyidov vurğulayıb ki, işgəncəyə dözə bilməyib, 1.1 kq narkotikin ona məxsus olması haqda etiraf ifadəsinə imza atıb. Halbuki, o çəkidə narkotik maddə onun cibinə yerləşə bilməzdi.

Ekspertizanın rəyi

Seyidovun işi xeyli vaxt idi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılırdı. Məhkəmədə onun işinə baxan hakimlər də dediklərini inandırıcı sayıblar.

Məhkəmədə dindirilən polislər Seyidovu döymədiklərini deyiblər. Amma tibbi ekspertiza zamanı onun üzərində çoxsaylı xəsarət izləri, o cümlədən qançırlar aşkarlanıb. Ekspert rəy verib ki, həmin xəsarətlər bərk küt əşyanın təsirindən yetirilməyə xarakterikdir.

Seyidov polislərin onu döyməsilə əlaqədar şikayətçi olsa da, prokurorluq heç bir tədbir görməyib.

Bundan başqa, məhkəmədə dindirilən polis əməkdaşlarının ifadələri arasında da ziddiyyətlər ortada çıxıb. Məhkəmə belə nəticəyə gəlib ki, onların ifadələri həqiqətə uyğun deyil.

Ona görə də noyabrın 15-də İsmayıl Seyidova bəraət verilməsi və onun məhkəmə zalından azadlığa buraxılması haqda hökm çıxarılıb.

XS
SM
MD
LG