Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:27

Azərbaycan Qarabağda radiomaneələrin tətbiqindən şikayətlənir


Azərbaycan-Ermənistan
Azərbaycan-Ermənistan

Azərbaycan Müdafiə Nazirliyi iyulun 28-də Qarabağda "qeyri-qanuni erməni silahlı dəstələrini" radiomaneələr yaratmaqda günahlandırıb.

Bildirilib ki, Azərbaycanın hava məkanından istifadə edən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazilərdə "qeyri-qanuni erməni silahlı dəstələrinin radiomaneələr tətbiqi intensivləşib":

"... İyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək ...radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb"

Açıqlamaya görə, belə faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb:

"Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib."

Bu açıqlamaya Rusiya sülhməramlı kontingentindən və başqa maraqlı tərəflərdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. İndi Azərbaycan Ermənistanı Qarabağda silahlı qüvvələr saxlamaqda günahlandırır.Ermənistan isə deyir ki, artiq orda sialahlı qüvvələri yoxdur, Qarabağın "müdafiə" ordusunun isə onlara aidiyyatı yoxdur.

XS
SM
MD
LG