Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 09:47

'Son anda hökumət bu proqrama pul ayırmaqdan imtina etdi'


Uzaq rayonlara internet vədi - hökumətin milyonluq layihəsi niyə gerçəkləşmir?
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Uzaq rayonlara internet vədi - hökumətin milyonluq layihəsi niyə gerçəkləşmir?

Azərbaycanda internetdə problemin olması barədə şikayətlərə tez-tez rast gəlmək olur. Xüsusilə koronavirus pandemiyası başlayandan və təhsil onlayn qaydaya keçəndən sonra regionlarda internet probleminin olması daha çox dilə gətirilir.

Şəki rayonunun Bolludərə kəndində yaşayan bəzi sakinlər AzadlıqRadiosuna bildirib ki, internet onlar üçün həll olunmayan problemə çevrilib:

"Mobil internet tez qurtarır və bahadır"

"Kənddə internet xətti yoxdur. Nə uşaqlar normal oxuya bilir, nə də biz internetdə nəyəsə baxa bilirik. Meqabayt almağa pul çatdıra bilmirik, mobil internet tez qurtarır və bahadır".

Eyni problemlərin Bərdə, Salyan və digər rayonların kəndlərində də yaşandığı ilə bağlı şikayətlər var.

Hələ bu il yanvarın 26-da prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, ölkədə rabitə sahəsində bütün əsas məsələlər həll olunub: "İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur".

Kasıbın balası necə oxusun? Onlayn təhsilin acı reallığı
Gözlə

No media source currently available

0:00 0:07:05 0:00

Nazirlikdən cavab

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Turan"a bildirilib ki, sözügedən kənddə (Bolludərə) hazırda 18 abunəçi stasionar telefon xidmətindən istifadə edir: "Sakinlərin genişzolaqlı xidmətlərə artan tələbatını nəzərə alaraq qeyd olunan yaşayış məntəqəsinə fiber-optik kabelin çəkilməsi təmin olunub. Kənddaxili xətt şəbəkəsinin genişləndirilməsi planlaşdırılıb".

Digər regionlarda problemlərə gəlincə, nazirlikdən qeyd olunub ki, pandemiya dövründə karantin tətbiq edildiyi üçün internet xidmətlərinə olan tələbat yüksəlib və internet trafiki kəskin şəkildə artıb:

"Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır"

"Məktəb və universitetlər distant təhsilə keçdiyindən evdə olan şagirdlərin, tələbələrin izlədiyi kontentlər bütün videotrafikin təxminən 70 faizini təşkil edir. Hər kəs eyni zamanda internet şəbəkəsinə qoşulmağa çalışır. Təbii ki, bu halda çətinliklərin yaranması qaçılmazdır".

Hökumətin komputer serverləri niyə tez-tez çökür?
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

Nazirlikdən habelə vurğulanıb ki, istifadəçilərin tələbatının artması ilə əlaqədar ölkə üzrə infrastrukturun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparılır:

"Ötən il 100 mindən çox abunəçiyə…"

"İlk olaraq ölkə üzrə qlobal internet kanallarına qoşulma sürəti artırılıb. Bununla yanaşı, internet xidməti təqdim edən operator və provayderlər də milli internet operatorlarından aldıqları tutumları artırıblar. Ötən il pandemiya ilə əlaqədar internet xidmətlərinə artan tələbat fonunda dövlət telekommunikasiya operatorları tərəfindən 100 mindən çox abunəçiyə internetə qoşulmaq üçün texniki imkan yaradılıb".

Qurumdan bildirilib ki, regionlarda telekommunikasiya xidmətlərinə tələbatın ödənilməsi məqsədilə "Aztelekom" MMC mərhələli şəkildə infrastruktur layihələri həyata keçirir: "Həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilir. Magistral xətlərin ötürülmə qabiliyyətinin 100 qat artırılması məqsədilə DWDM texnologiyası tətbiq edilib. Paylayıcı şəbəkənin yenidən qurulması layihəsi hazırlanıb. Layihənin ilkin mərhələsində Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işlər aparılır. Layihə çərçivəsində mis xətlər optik kabellə əvəzlənir, GPON texnologiyası tətbiq edilir".

O.Gündüz
O.Gündüz

"Uzun müddətdir davam edən inhisarçılığına görə…"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə AzadlıqRadiosuna deyib ki, regionlarda Bakıdan fərqli olaraq internetə qoşulmaqla bağlı cəlbedici biznes mühiti yoxdur: "Buna görə və xüsusilə «Aztelekom» MMC-nin uzun müddətdir davam edən inhisarçılığına görə özəl provayderlər üçün bu, elə də cəlbedici olmayıb".

Ekspertin fikrincə, hökumət bu məsələyə ciddi diqqət yetirməlidir: "Bu köklü problemi həll etmək üçün 2014-cü ildə böyük bir dövlət proqramı hazırlanmışdı. Bunun üçün də büdcədən yarım milyard manat ayrılmışdı. Hətta xarici qurumlar da cəlb edilmişdi, onlar ölkəmizə gələrək analizlər aparmışdılar. Lakin son anda hökumət bu proqrama pul ayırmaqdan imtina etdi və problem olduğu kimi qaldı. Regionlarda internetin normallaşdırılması üçün böyük investisiyalar tələb olunur".

"Özəl provayderləri cəlb etməlidir"

Onun vurğulamasına görə, birinci növbədə normal investisiya mühiti yaranmalıdır ki, özəl provayderlər ora getsin: "Biznes cəlbedici olmayan sahələrdə, xüsusilə uzaq ərazilərdə hökumət özü investisiya qoymalıdır, özəl provayderləri cəlb etməlidir. Regionlarda keyfiyyətli internet problemini yalnız dövlət-özəl sektor tərəfdaşlığı ilə aradan qaldırmaq olar".

XS
SM
MD
LG