Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:54
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Rusiya nümayəndə heyətinin danışıqlar üçün Belarusa getdiyi bildirilir

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Belarusdadır. Onun sözlərinə görə, onlar danışıqları Qomeldə başlamağa hazırdır.

Peskov bildirib ki, nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Rusiyanın digər idarələrinin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxildir.

Daha əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna danışıqlardan imtina etməyib, lakin “Rusiya tərəfinin hər hansı qəbuledilməz şərtlərindən və ya ultimatum tələblərindən qəti şəkildə imtina edir”.

Zelenski: “Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik və istənilən başqa şəhəri”

Volodimir Zelenski, Kiyev
Volodimir Zelenski, Kiyev

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 27-də Belarus vətəndaşlarına müraciət edib. O Belarus ərazisindən Ukraynaya raketlər, müxtəlif silahlar atıldığını bildirib.

Zelenski Belarusun Qomel çəhərində Rusiyanın Ukrayna ilə danışıqlara başlamaq istəməsi ilə bağlı məsələyə də toxunub. Ukrayna prezidentinin sözlərinə görə, o, “raketlərin uçmadığı istənilən ölkədə” danışıqlara hazırdır. “Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik və istənilən başqa şəhəri”.

Zelenski hesab edir ki, Rusiya onun ölkəsində soyqırım törədib və Rusiya qoşunlarının Ukraynanın şəhər və qəsəbələrindəki hərəkətləri “beynəlxalq tribunala çəkilir”.

O, Rusiyanı BMT Təhlükəsizlik Şurasında səsvermə hüququndan məhrum etməyə çağırıb.

Belarus tərəfi: Danışıqlar üçün hər şeyi hazırlamışıq

Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaz RİA Novosti-yə bildirib ki, Belarus tərəfi Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar üçün lazım olan hər şeyi hazırlayıb.

"Bəli, biz bu məlumatı təsdiq edirik. Belarus tərəfi artıq danışıqlar üçün lazım olan hər şeyi hazırlayıb, bütün protokol, logistik və digər məsələlərin tam həllini təmin edir", - Belarus XİN-in nümayəndəsi bildirib.

Daha əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna danışıqlardan imtina etməyib, lakin “Rusiya tərəfinin hər hansı qəbuledilməz şərtlərindən və ya ultimatum tələblərindən qəti şəkildə imtina edir”.

Davamı

XS
SM
MD
LG