Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 12:49

Rusiya 'Şimali Koreyaya' oxşaya bilər – Qərb mediası


Vladimir Putin (solda) çinli həmkarı Şi Cinpinqlə, 4 fevral, 2022-ci il
Vladimir Putin (solda) çinli həmkarı Şi Cinpinqlə, 4 fevral, 2022-ci il

Fransa Prezidenti Emmanuel Makron ötən həftə deyirdi ki, “bu böyük böhran bizim həyatımıza, iqtisadiyyatımıza təsir göstərəcək”

Rusiyanın Ukraynaya irimiqyaslı hücumundan sonra Qərb dərhal sanksiyalar tətbiq etməyə başladı. Bir sıra banklar artıq SWIFT sistemindən çıxarılır, rubl sürətlə dəyər itirir.

Qərbdə bir çoxları Birləşmiş Ştatlar, Avropa və müttəfiqlərinin Rusiya Prezidenti Vladimir Putinə qarşı tam maliyyə gücünü işə salmasından məmnundur. Amma “The Washington Post” bəzi ekspert və təhlilçilərin çox da nikbin fikirdə olmadığını, əksinə, əndişələndiyini yazır. Onlar Rusiyaya nəhəng sanksiyaların onları tətbiq edən ölkələrə də zərbə vuracağından narahatdırlar.

Xarkovda ərzaq qıtlığı yaranıb
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Tarixçi Nik Malder Qərb hökumətlərini sanksiyaların tətbiqində ehtiyatlı olmağa çağırır.

Keçmiş Obama administrasiyasının sanksiyalar üzərində işləmiş bir rəsmisi deyir ki, Rusiyaya qadağalar o qədər böyük və misli görünməmişdir ki, onların zəncirvari təsiri də belə ola bilər. Məsələn, keçmiş rəsminin sözlərinə görə, Birləşmiş Ştatlarda aktivləri dondurulmuş Rusiya mərkəzi bankının aktivləri İranın istehsal həcmindən böyükdür.

Sıravi rusiyalılar və oliqarxlar

Müəllif Adam Teylorun söhbətləşdiyi ekspertlər sanksiyaların sıravi rusiyalılara zərbəsinə diqqət çəkirlər r. Rubl artıq dəyərinin 30 faizini itirib, inflyasiyanın yüksələcəyi proqnozlaşdırılır.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundan Gari Hafbauer deyir ki, rusiyalıların 99 faizinin Kremlin siyasətinə təsiri yoxdur, amma sanksiyalar onların həyatını çətinləşdirəcək.

Digər məqam sanksiyaların elitaları Putinə daha da yaxınlaşdıracağı ehtimalıdır. Qərbdə sanksiyalarla üzləşən oliqarxların liderlərinə daha da yaxınlaşmaqdan başqa yolu qalmayacaq.

Məqalədə sanksiyaların münaqişəni daha da qızışdıra biləcəyi ehtimalına da toxunulur. Məhdudiyyətlər yalnız Rusiyanın qüvvələrini geri çəkəcəyi, yaxud sülh razılaşmasının əldə olunacağı halda qaldırıla bilər.

Sanksiyaların Qərbə təsirinə gəlincə, Avropada qazın, elektrikin, ərzağın bahalanması gözlənilir. Fransa Prezidenti Emmanuel Makron ötən həftə deyirdi ki, “bu böyük böhran bizim həyatımıza, iqtisadiyyatımıza təsir göstərəcək”.

Erməni nazir: Rusiya şirkətləri sanksiyalara görə Yerevana gəlir
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Çinin rolu

Rusiyanın Vladivostok şəhərində yerləşən Uzaq Şərq Federal Universitetinin professoru Artyom Lukin sanksiyaların qısa müddətə “aşırı ağrılı” olacağını deyir, amma onların məhvedici effektindən əmin deyil. O, Rusiyanın geoiqtisadi baxımdan Çindən asılı vəziyyətə düşəcəyini düşünür. Əgər Rusiya “uzun müddətə ağır sanksiya altında qalarsa, İrana, hətta ola bilsin, Şimali Koreyaya oxşasın”, yəni, Pekindən tam asılı olsun.

CNBC təhlilçilərə istinadla Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını məhv edəcəyini xəbər verir. İqtisadçılar Rusiyanın vəziyyətinin 1998-ci ildəkindən də pis ola biləcəyini deyirlər.

“BMO Global Asset Management”in baş iqtisadçısı Stiven Bell Rusiyanın “ciddi maliyyə böhranı” ilə üzləşdiyini, xammal və enerjiyə tələbatı böyük olan Çinin Moskva üçün rolunun artdığını qeyd edir.

“Rusiya xarici valyuta ehtiyatlarının böyük hissəsini Çin valyutasına keçirib, ödəniş sistemlərini Çin banklarına qoşub. Çin Rusiyanın münaqişəyə davam gətirməsində açara çevrilə bilər”, – Bell vurğulayıb.

XS
SM
MD
LG