Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 00:10
Donald Trump
Donald Trump

Obama hakimiyyətin Trumpa ötürülməsinə göstəriş verib

Amerika Birləşmiş Ştatları noyabrın 8-də 45-ci prezidentini seçir. Bu seçkinin əsas anları ləngimədən, bütün detalları ilə AzadlıqRadiosu-nda.

22:08 8.11.2016

Səs vermə üçün növbələr

Ohayo ştatında seçki məntəqəsi açılmamış 150 nəfərlik növbə yaranıb

Ohayoda növbə
Ohayoda növbə

Hillary Clinton insanların səs verməyə can atdığını belə izah edib ki, həddən çox adam bu günki seçkilərin nəticələrini hesablayır.

22:24 8.11.2016

Trumpa qarşı 100 nəfərlik kütlə

Nyu Yorkda səs verməyə gələrkən Donald Trumpı azı 100 nəfərlik kütlə qarşılayıb. Onlar Trumpa qışqırırdılar ki, "Nyu York sizə nifrət edir"

Trumpdan jurnalistlər soruşub ki, Clinton qalib olsa, seçkilərin nəticələrini tanıyacaqmı? Trump cavab verib ki, "baxıb, görərik"

23:47 8.11.2016

Obama :"Nə qədər ki, Amerika xalqı səs verəcək, biz yaxşı işləyəcəyik"

Hillary Clintonu dəstəkləyən ABŞ prezidenti Barack Obama da səs verib. O, Clintonun qələbə çalacağına inandığını deyib. Obama bildirib ki, " nə qədər ki, Amerika xalqı səs verir, biz həmişə yaxşı işləyəcəyik".

Donald Trump isə Nevada ştatında ilk iddiasını qaldırıb. İddiaya görə, ispandillilər olan dairədə seçki rəsmiləri erkən seçki vaxtı - noyabrın 4-də məntəqə bağlanandan sonra səs vermə növbəsinə durmağa icazə veriblər.

Nevada qanununa görə, axşam saat 8-də seçki məntəqəsi bağlanan vaxt növbədə kim varsa, səs verə bilər.

01:34 9.11.2016

İlk nəticələr 6 ştatdan başlayacaq

Prezident seçkisinin ilk nəticələri - 6 ştatda ilkin nəticələr Washington D.C. vaxtı ilə axşam saat 7-dən sonra (Bakı vaxtı ilə noyabrın 9-u səhər saat 4-dən sonra) bilinəcək.

Bu ştatlar Corciya, Cənubi Karolina, Virciniya, Vermont, Kentukki və İndianadır.

Davamı

XS
SM
MD
LG