Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 08:40

Putinlə Erdoğan görüşəcək [video]

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Azı 265 adam həlak olub.

Saxlanılanların sayı 1500-ü keçdi

Türkiyədə 1563 hərbi çevriliş tərəfdarı saxlanılıb. Bu haqda ölkə rəsmilərinə istinadən «Reuters» xəbər verir.

Bundan əvvəl Türkiyədə 16 çevriliş təşkilatçısının öldürüldüyü, 750 adamın saxlanıldığı bildirilirdi.

AZAL-ın Türkiyə uçuşları ələ bərpa edilməyib

Azərbaycandan Türkiyəyə aviareyslərin yerinə yetirilməsi hələ ki, bərpa olunmayıb.

Bu gün səhər İstanbul və Ankaraya nəzərdə tutulan reyslər ləğv edilib. «Report» bu xəbəri «Azərbaycan Hava Yolları»na istinadən yayıb.

Xəbərdə deyilir ki, bu gün səhər saatlarına olan üç reys ləğv edilib: «Onlardan ikisi İstanbula, biri isə Ankaraya aviareys yerinə yetirməli idi. Hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək».

Xatırladaq ki, hazırda Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar Atatürk hava limanında uçuşlar dayandırılıb.

Atatürk limanında bütün uçuşlar dayandırılıb
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Bu görüntülər ötən gecə Türkiyədə çəkilib- [fotolar]

Türkiyədə çevriliş cəhdi qurbanlarının sayı 90-a çatdı

Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində 90 nəfər həlak olub, - «Daily Sabah» xəbər verir.

Onlardan çoxunun dinc sakinlər olduğu bildirilir.

Son məlumatlara görə, çevriliş zamanı 1154 adam xəsarət alıb.

Davamı

XS
SM
MD
LG