Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 14:37

Türkmənistan iqtidarı “AzadlıqRadiosuna şikayət etməyin” deyir


Türkmənistan ağsaqqalları
Türkmənistan ağsaqqalları

Türkmənistan hakimiyyəti adamları ölkədəki problemlər barədə AzadlıqRadiosunun Türkmən xidmətinə danışmamağa, xarici mediaları oxumamağa və “dözümlü” olmağa çağırıb.

AzadlıqRadiosu xəbər verir ki, bu barədə Türkmənbaşı şəhərində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının, şəhər administrasiyası və ictimai təşkilat nümayəndələrinin iştirakilə keçirilən görüşdə bəhs edilib.

Bu görüşə büdcə təşkilatlarının nümayəndələri dəvət olunmuşdular.

Onlardan biri radionun Türkmən xidmətinə deyib:

"İclasın əsas mövzusu Azatlık radiosunun işıqlandırdığı məsələlər barədə informasiya sızmasına yol verilməməsi idi. Vətəndaşları səbirli olmağa çağırırdılar. Deyirdilər ki, internetdə xarici mediaları oxumasınlar. Hər bir iştirakçıya bu məsələdə öz ailə üzvlərinə göz qoymaq tapşırılırdı”.

Hakimiyyət nümayəndələri vətəndaşlara istənilən məsələlər üzrə yerli hakimiyyət orqanlarına və ya hüquq-mühafizə idarələrinə müraciət etməyi tövsiyə ediblər.

Ağsaqqal məsləhətləri

Tədbirdə iştirak edən ağsaqqallardan biri deyib:

"Tez ya gec problemlər həll olunacaq. Vaxt gələcək su təchizatı da normallaşacaq, elektrik kəsintiləri ilə bağlı problemlər də az olacaq. Hökumət gecə-gündüz un paylarının çatışmazlığı məsələsinin həlli üzərində işləyir. Bu da həll olunacaq. Bizim camaat bankomatdan bir həftə pul çəkə bilməyəndə kimə gəldi şikayət edir. Bundan sonra bu informasiya, foto və video Azatlıkın saytında çıxır”.

Başqa bir ağsaqqal da iclasda məsləhət verib:

"Əgər xalq bir az səbirli olsaydı, mağazaların, bankomatların və xəstəxanaların qarşısında növbələrə yığılmasaydı, onlar (Azatlık radiosu – red) belə informasiyanı tapa bilməzdilər”.

Həmin ağsaqqal adamları “çiçəklənən Arxadağ (Qurbanqulı Berdıməhəmmədov-red) zəmanəsində birləşməyə” çağırıb.

“Bu sizin borcunuzdur!”

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı tibb işçilərini AzadlıqRadiosunda dərc olunmuş məqaləyə görə ittiham edib.

Həmin məqalədə deyilirdi ki, Balkan vilayətində 18 yaşından yuxarı qadınları kütləvi şəkildə tibbi müayinədən keçməyə məcbur edirlər.

MTN-çı büdcə təşkilatlarının işçilərini həmkarlarına göz qoymağa, foto və video çəkənlərə diqqət yetirməyə çağırıb.

O “bu sizin borcunuzdur!” deyib.

2021-ci ilin payızında Azatlık radiosu yazmışdı ki, Türkmənistanın dörd qadın sakinini prezident Qurbanqulı Berdıməhəmmədova un və yağ çatışmazlığına görə məktub yazandan sonra iki həftə xüsusi xidmətlərdə dindiriblər.

XS
SM
MD
LG