Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:35

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
15:07 10.5.2014


Naməlum adamlar Mariupol şəhər sovetinin binası yaxınlığında dayanan piyadaların döyüşü maşınına (BMP) «Molotov kokteyli» ataraq onu yandırıblar.

Həmin BMP-ni separatçılar dünən ələ keçirmişdilər.

Donetsk vilayətinin Mariupol şəhərində Ukrayna hüquq-mühafizə qüvvələri hərbi texnikalarla separatçılara qarşı əməliyyat keçirirlər.
21:33 9.5.2014
Donetsk. 9 may 2014
Donetsk. 9 may 2014
AzadliqRadiosu Rusiya xidməti Donbass mediasına istinadən xəbər verir ki, Donetsk şəhərinin Budenovsk rayonunda yerləşən "Şaxtyorskie Zori" sanatarotiyası Kamaz maşınlarında gələn naməlum şəxslər tərindən mühasirəyə alınıb. Şahidlər deyir ki, yaraqlılar yeni dəstələri əraziyə gəlməkdə davam edir, atəş səsləri eşidilir. Sanatoriyada daxili qoşunlarının 120 nəfərlik dəstəsinin yerləşdiyi bildirilir. Qeyd olunur ki, yaraqlıların daha bir dəstəsi separatçılara kömək üçün Mariupola üz tutub. Donetskdən təqribən 120 km aralıda yerləşən bu şəhərdə gün ərzində hökumət qoşunları ilə separatçılar arasında aöır döyüşlərdə müxtəlif mənbələrlə əsasən, 3-dən 20-dək adam həlak olub.

Radiomuzun Ukrayna xidmətinin məlumatına əsasən 200-ə yaxın adam sanatoriyanı mühasirəyə alıb. Georgi lentləri taxan bu adamlar iddia edirlər ki, içəridəkilər "Sağ sektor" təşkilatının üzvləridilər.
20:18 9.5.2014

Mariupolda ağır döyüşlrin nadir görüntüləri

Mariupolda ağır döyüşlrin nadir görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:09 0:00

Davamı

XS
SM
MD
LG