Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:38

Zelenski: Bombardmanın dayandırılması danışıqlar üçün şərtdir


Volodimir Zelenski CNN telekanalına və Reuters agentliyinə müsahibəni Kiyevdəki bunkerdə verib
Volodimir Zelenski CNN telekanalına və Reuters agentliyinə müsahibəni Kiyevdəki bunkerdə verib

O habelə Rusiya aviasiyasının zərbələrinin önlənməsi üçün Ukrayna üzərində uçuşsuz zonanın elan edilməsinə çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya atəşkəs danışıqlarının ikinci raunduna qədər Ukrayna şəhərlərinin bombardmanını dayandırmalıdır.

O bu bəyanatı CNN telekanalına və Reuters agentliyinə Kiyevdəki bunkerdən verdiyi müsahibəsində səsləndirib.

Zelenskinin sözlərinə görə Rusiya hərbçiləri Ukrayna şəhərlərinə zərbələri dayandırmadan danışıqlarda irəliləyişə nail olmaq mümkün deyil.

Danışıqların birinci dövrəsi fevralın 28-də keçirilib.

Zelenski deyib:

“Heç olmasa insanların bombardmanını, sadəcə olaraq bombardmanı dayandırmaq və bundan sonra danışıqlar masası ətrafında əyləşmək lazımdır”.

O habelə Rusiya aviasiyasının zərbələrinin önlənməsi üçün Ukrayna üzərində uçuşsuz zonanın elan edilməsinə çağırıb.

Zelenski bildirib ki, ABŞ prezidenti Co Bayden onun bu təklifi ilə razılaşmır. Bayden deyib ki, uçuşsuz zonanın yaradılması Qərbi Rusiya ilə açıq qarşıdurmaya çıxara bilər.

Ukrayna prezidenti belə yanaşma ilə razı olmadığını bildirib. O deyib ki, indi onsuz da hamı münaqişənin içindədir.

Avropa Parlamenti Ukraynanı dəstəklədi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Ukrayna və Rusiya ilk dəfə əsir dəyişiblər

Ukrayna və Rusiya, Moskva Ukrayna üzərinə hərbi hücuma keçəndən bəri ilk dəfə olaraq əsir dəyişiblər.

Bu barədə məlumatı Ukrayna hərbçiləri veriblər.

Ukraynanın şimal-şərqindəki Sumı regionunun hərbi rəhbəri Dmitro Jivitski deyib ki, əsirlərin dəyişdirilməsi Sumı şəhərində keçirilib.

Xəbər verilir ki, Rusiyanın Omsk şəhərindən olan 1997-ci il doğumlu hərbi polis zabiti Yuri Nikitin 5 Ukrayna əsgərinə dəyişdirilib.

Bunlar Dmitro Kvitçenko, Valeri Poznyak, İhor Mokrenko, Andriy Frolkov və Oleh Solonardır.

XS
SM
MD
LG