Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 02:46

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
23:42 8.6.2014

XARKOVDAN ODESSAYA QƏDƏR - YENİ RUSİYA

21:45 8.6.2014

SLAVYANSK DÖYÜŞDƏN SONRA


Getdikcə şəbəkələrdə belə videoların sayı artır. İyunun 8-də Slavyanskda şiddətli artilleriya atəşləri haqda xəbərlər və videolar yayılıb. Ukrayna tərəfi deyir artilleriya zərbələri ancaq separatçıların atəş nöqtələrinə açılır. Kramatorskda da ağır döyüşlər haqda xəbərlər var. Dəqiqləşdirik. Bizimlə qalın
21:18 8.6.2014

RUSİYADAN SEPARATÇILARA SİLAHLI YARDIM GEDİR


Bu videonun Donetsk vilayətinin Snejnoye şəhərində çəkildiyi bildirilir. Rusiya ilə sərhəddə olan bu şəhərə silahlı dəstənin daxil olduğu görünür. Videonun müəllifi iddia edir ki, söhbət çeçnlərdən ibarət "Vostok" batalyonunun əsgərlərindən gedir. Yoxlamaq imkanımız yoxdur. Amma 27 saniyə içərisində kadrda 1 BTR, Yedəyində Zenit qurğusu olan bir KamAZ, 3 yük maşınında əsgər, 1 Jeep və 2 mikrovatobus görünür. Bu 27 saniyə müharibənin uzunmüddətli olacağına bir işarədir. Rusiyanın Rostov vilayəti deyəsən vaxtilə sovevtlərin Əfqanıstan müharibəsində Peşəvarın rolunu oynayır

Davamı

XS
SM
MD
LG