Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:35

Moskva müharibəyə milli azlıqları göndərməkdə davam edir


Çuvaşiyada müharibədə həlak olanların qəbirləri
Çuvaşiyada müharibədə həlak olanların qəbirləri

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Moskva bu sayaq səfərbərliyi əsasən milli azlıqların yaşadıqları yerlərdə aparır.

Rusiyanın penitensiar müəssisələrində məhbuslarla rəftarı montorinq edən insan haqları qrupu bildirir ki, Şimali Qafqazdakı Adıge regionunda yüzlərlə kişi Ukrayna müharibəsində iştirak üçün səfərbər edilib.

Gulagu.net qrupunun rəhbəri Vladimir Oseçkin iyulun 11-də AzadlıqRadiosuna deyib ki, onun mənbəyi Tlustenxabldakı 1 nömrəli əmək-islah koloniyasından 300-dək məhkumun Vaqner özəl hərbi şirkəti tərəfindən Ukrayna mühatribəsinə səfərbər edildiyini bildirib.

Bundan bir gün əvvəl Gulagu.net Adıge Respublikasındakı həbsxanada məhbus olan keçmiş hüquq-mühafizə işçiləri ilə bağlı video dərc etmişdi.

Bu videoada məhbuslar koloniyada aparılan səfərbərlik kampaniyası barsəində danışırdılar.

Rusiyanı bir neçə il bundan əvvəl tırk etmiş Oseçkin hazırda Fransada yaşayır.

150 buryat döyüşməkdən imtina edib

O bildirir ki, son vaxtlarda Rusiyanın 20 milli reogionundan olan məhbusların və ya keçmiş məhbusların müharibəyə səfərbər edilməsi kampaniyası ilə bağlı çoxsaylı şikayətlər daxil olur.

Oseçkin bunu da deyir ki, bu sayaq “aqressiv səfərbərlik” kampaniyası Ukrayna ilə həmsərhəd Rostov vilayətinin həbsxanalarında da aparılıb.

Bu da xəbər verilir ki, Risiya qüvvələrinin Ukraynada verdikləri ağır itikilərlə bağlı Rusiya prezidenti Vladimir Putin ümumi səfərbərlik elan etmədən səfərbərliyin müxtəlif məxfi formalarını həyata keçirir.

Müşahidəçilərin sözlərinə görə Putin ölkədə ümumi səfərbətlik elan etməkdən çəkinir. Putin ehtiyat edir ki, bu, geniş etirazlara və ordudan kütləvi yayınmalara səbəb ola bilər.

Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya Ukraynadakı müharibədə 37,400 əsgər itirib.

Qərb kəşfiyyatları bu rəqəmin 20 mindən çox olduğunu bildirirlər.

Bu arada Azad Buryatiya insan haqları təşkilatı Buryatiya Respublikasından olan 150 əsgərin Ukrayna müharibəsində iştirakdan imtina etdiklərini və öz evlərinə qayıtdıqlarını bildirir.

Moskva müharibəyə Tatarıstan işsizlərini cəlb edir – Rusiya mediası

Rusiyada əmək birjasında işsizlik qeydiyyatında olan işsizlərə müqavilə bağlayaraq Ukrayna müharibıəsinə yollanmaq təklif edilir.

Rusiyanın “Vajnıye istorii” təhqiqat saytı yazır ki, bu məqsədlə işsizlərə ayda 300 min rubl (5134 dollar) maaş təklif olunur.

Bu barədə məlumatı sayta belə bir təklifi almış şəxs verib.

Həmin şəxs bildirib ki, ona may ayında zəng edərək məşğulluq mərkəzinə gəlməsini xahiş ediblər.

Şahid qeyd edir ki, onunla eyni gündə mərkəzə daha 8 nəfər gəlmişdi.

Əvvəlcə onlara adi vakansiyalar təklif olunub. Bundan sonra isə onları bir-bir xüsusi otağa çağıraraq hərbi sirrin yayılmamasına dair iltizam imzalamalarını tələb ediblər.

“Hərbi sirr”

Şahidlərdən biri hərbi sirrin yayılmasının hüquqi nəticələri barədə maraqlananda rəsmilər deyiblər ki, bu məsələ ilə FTX məşğul olur. Amma həmin şəxsdən iltizamı imzalamasını tələb etməyiblər.

Bundan sonra həmin şəxsə ayda 300 min rubl maaşlı iş təklif olunub. O bu təklifdən imtina edib.

Həmin mənbə sayta bildirib ki, o müharibə əleyhinədir və 21-ci əsrdə insanların bir-birlərini necə öldürməsini başa düşmür.

“Vajnıye istorii” saytı dəqiqləşdirib ki, məşğulluq mərkəzində əslində sözü gedən şəxslərə Ukrayana müharibəsinə yollanmaq təklif edilib.

Onlara hərbi komissarlığa getməyi və orada müqavilə imzalamağı tövsiyə ediblər.

Sayt bundan əvvəl xəbər verirdi ki, Ukrayna müharibəsinə məhkumlar və fəhlələr cəlb edilir.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Moskva bu sayaq səfərbərliyi əsasən milli azlıqların yaşadıqları yerlərdə aparır.

XS
SM
MD
LG