Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:43

Ukraynada müharibə gedir demək olar (video-foto-xəbər)

Ukraynanın Daxili işlər naziri Arsen Avakov: «Öz ərazimizdə bizə qarşı müharibə gedir». Rusiya ilə sərhəd şəhərləri Rusiyadan gələn silahlı dəstələr tərəfindən nəzarətə götürülür

- Ukraynanln şərqində anti-terror əməliyyatları davam etdirilir. Slavyasnkda hökümət qoşunlarına silahlü müqavimət göstərən separatçılarla şiddətli döyüş getdiyi bildilir.

- Gərginlik Ukraynanın cənubuna da ayaq açıb, liman şəhəri Odessada mayın 2-də onlarla adamın həlak olduğu iğtişaşlardan sonra, Kiyev yerli polisi separatçılarla əlbir olmaqda ittiham edərək, Odessaya yeni polis rəisi təyin etmiş, oraya xüsusi təyinatlı polis dəstələri göndərib

- Ukrayna böhranı ilə bağlı Qərblə Rusiya rasında qarşılıqlı ittihamlar davam edir. Qərb Rusiyanı separatçılara dəstəkdə, Rusiya isə Qərbi öz xalqına qarşı silah işlədən Ukrayna hökumətini dəstəkləməkdə ittiham edirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:56 5.5.2014
Sosial mediada yayılan videoda Slavyansk ərtafındakı Semenyovka qəsəbəsində yanğın və güclü partlayış görünür. Xəbər agentlikləri həmin ərazidə şiddətli döyüşlərin getdiyi haqda xəbərlər yayır
15:51 5.5.2014
Ukrayna Milli Qvardiyasının döyüşçüləri Slavyasnkdan Kramatorska gedən yolu kəsərək separatçıların sərbəst hərəkətinin qarşısını alırlar
Ukrayna Milli Qvardiyasının döyüşçüləri Slavyasnkdan Kramatorska gedən yolu kəsərək separatçıların sərbəst hərəkətinin qarşısını alırlar

Slovyansk şəhəri yaxınlığında separatçılarla döyüşdə Ukrayna təhlükəsizlik qüvvələri arasında itki var. Bu haqda Ukrayna daxili işlər naziri Arsen Avakova istinadən İnterfax xəbər verir. Nazirin sözlərinə görə, hökümət qoşunlarına qarşı ağır silahlardan istifadə edən 800 nəfərlik separatçı birləşməsi durur. Separatçılar da döyüşlərdə itki veridklərini bildirilər.
XS
SM
MD
LG