Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:07

Ukraynada müharibə gedir demək olar (video-foto-xəbər)

Ukraynanın Daxili işlər naziri Arsen Avakov: «Öz ərazimizdə bizə qarşı müharibə gedir». Rusiya ilə sərhəd şəhərləri Rusiyadan gələn silahlı dəstələr tərəfindən nəzarətə götürülür

- Ukraynanln şərqində anti-terror əməliyyatları davam etdirilir. Slavyasnkda hökümət qoşunlarına silahlü müqavimət göstərən separatçılarla şiddətli döyüş getdiyi bildilir.

- Gərginlik Ukraynanın cənubuna da ayaq açıb, liman şəhəri Odessada mayın 2-də onlarla adamın həlak olduğu iğtişaşlardan sonra, Kiyev yerli polisi separatçılarla əlbir olmaqda ittiham edərək, Odessaya yeni polis rəisi təyin etmiş, oraya xüsusi təyinatlı polis dəstələri göndərib

- Ukrayna böhranı ilə bağlı Qərblə Rusiya rasında qarşılıqlı ittihamlar davam edir. Qərb Rusiyanı separatçılara dəstəkdə, Rusiya isə Qərbi öz xalqına qarşı silah işlədən Ukrayna hökumətini dəstəkləməkdə ittiham edirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

19:10 5.5.2014
Ukrayna əsgəri separatçılarından yenicə alınmış postda. Slovyansk 5 may 2014
Ukrayna əsgəri separatçılarından yenicə alınmış postda. Slovyansk 5 may 2014

AzadliqRadiosu Ukrayna xidmətinin xəbərlərindən.


- Slovyanskda Ukrayna televiziyasının yayımı bərpa olunub. Yaxınlıqdakı teleötürücü stansiya separatçılardan təmizlənib.

- Rusiyameylli qüvvələr Ukrayna ordusuna qarşı yeni təxribat yolu tapıb. Özünü hökumət qoşunlarına rəğbət göstərən yerli sakinlər kimi qələmə verən mülki geyimli şəxslər əsgərlər arasında zəhərli yemək paylayırlar.
19:31 5.5.2014

UKRAYNA BÖHRANI XƏBƏR-SAATINDA MÜZAKİRƏ OLUNUR

Davamı

XS
SM
MD
LG