Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:48

Ukraynada müharibə gedir demək olar (video-foto-xəbər)

Ukraynanın Daxili işlər naziri Arsen Avakov: «Öz ərazimizdə bizə qarşı müharibə gedir». Rusiya ilə sərhəd şəhərləri Rusiyadan gələn silahlı dəstələr tərəfindən nəzarətə götürülür

- Ukraynanln şərqində anti-terror əməliyyatları davam etdirilir. Slavyasnkda hökümət qoşunlarına silahlü müqavimət göstərən separatçılarla şiddətli döyüş getdiyi bildilir.

- Gərginlik Ukraynanın cənubuna da ayaq açıb, liman şəhəri Odessada mayın 2-də onlarla adamın həlak olduğu iğtişaşlardan sonra, Kiyev yerli polisi separatçılarla əlbir olmaqda ittiham edərək, Odessaya yeni polis rəisi təyin etmiş, oraya xüsusi təyinatlı polis dəstələri göndərib

- Ukrayna böhranı ilə bağlı Qərblə Rusiya rasında qarşılıqlı ittihamlar davam edir. Qərb Rusiyanı separatçılara dəstəkdə, Rusiya isə Qərbi öz xalqına qarşı silah işlədən Ukrayna hökumətini dəstəkləməkdə ittiham edirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

22:40 5.5.2014

Xarkov meri Gennadiy Kernes-in həyatı təhlükədən qurtarıb. Onu aprelin 28-də snayper gülləsi ilə ağır yaralamışdılar. Rusiyameylli olsa da, Ukraynanın bütövlüyü tərəfdarı olan Kernes əvvəl Xarkovda, sonra da İsraildə cərrahiyə əməliyyatı keçirib.
22:52 5.5.2014
Ukrayna ordusu antiterror əməliyyatında 2 nəfəri əsir götürür
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Ukrayna ordusu antiterror əməliyyatında 2 nəfəri əsir götürür

Ukrayna müdafiə nazirliyinin yaydığı videoda mayın 4-də Kramatorsk və Slavyansk əməliyyatlarının səhnəarxası görüntüləridir. Kadrlarda gözü və qolları bağlı əvvəl vertolyota, sonra işə maşına mindirilən şəxslərin silahlı separatçı fəalları olduğu bildirlir.

23:11 5.5.2014
Mayın 2-dən etibarən Moskva-Donetsk təyyarələrinin uçuşu dayandırılıb. Bu haqda Prokofiev adına Donetsk beynəlxalq aeroportunun FB səhifəsində məlumat yerləşdirilib. Bildirilir ki, qərar aeroport tərəfindən deyil, onların tabe olduğu Ukrayna Hava nəqliyyatı idarəsi tərəfindən verilib. Donetsk aeroportu Ukraynanın ən böyük aeroportlarından biridir.
23:50 5.5.2014
Slavyansk döyüşlərinin izi
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Slavyansk ətrafında ağır döyüşlərdən sonra çəkilən video

Slavyanskda günün sonuna vəziyyət belədir. Separatçılar şəhərin mərkəzində, hökumət qoşunları ətrafında. Ağır döyüşlər səngiyib. Ara-sıra atəş səsləri eşidlir. Ukrayna antiterror əməliyyatının zabiti qərb jurnalistlərinə izah edir: "mülki əhali arasında itkilərqədn qaşmaq üçün çox ehtiyyatla, "addım-addım" irəliləməyə məcburuq".

Davamı

XS
SM
MD
LG