Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:32

Yerevanda keşiş Qalstanyanın tərəfdarları polislə toqquşublar (Video)


Keşiş Qalstanyanın tərəfdarları mayın 31-də Xarici İşlər Nazirliyinin qarşısına toplaşmışdılar
Keşiş Qalstanyanın tərəfdarları mayın 31-də Xarici İşlər Nazirliyinin qarşısına toplaşmışdılar

Yerevanda arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etirazçılar mayın 31-də iğtişaş polisi ilə toqquşublar.

Onlar bir gün əvvəl hökumət binasını mühasirəyə almağa çalışmışdılar.

Bugün isə etirazçılar Xarici İşlər Nazirlyinin yaxınlıqdakı binasına yürüş ediblər. Qalstanyan xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb edirdi.

Qalstanyan deyib ki, Mirzoyan və başqa nazirlər Azərbaycan rəhbərliyinin “alçaldıcı” antierməni bəyanatlarına niyə cavab vermədiklərinin səbəbini bildirməlidirlər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ararat Mirzoyan keşiş Qalstanyanı və onu müşayiət edən müxalifət deputatlarını qəbul etməkdən imtina edib.

Belə olduqda Qalstanyan polisdən Mirzoyandan “cavab istəmək” üçün binaya buraxılmasını tələb edib.

Arxiyepiskop “ya o bayıra gələcək, ya da biz içəri girəcəyik” deyirdi.

Qalstanyan və dəstəsi geri çəkilməli olub

Təhlükəsizlik qüvvələri dörd saata yaxın müddətdə zora əl atacaqları ilə hədələyən etirazçı kütləni giriş qapısından geri sıxışdırmağa çalışıb. Qalstanyan da daxil etirazçılar polisə müqavimət göstərirdilər.

Ermənsitan Daxili İşlər Nazirliyi daha sonra 29 nəfərin saxlandığını bildirib. Onların arasında Erməni Kilsəsinin iki keşişinin də olduğu bildirilir. Qalstanyanın sözlərinə görə keşişlərdən biri ciddi xəsarət alıb.

Təhlükəsizlik qüvvələrinə şəxsən başçılıq edən Ermənistan polisinin rəhbəri Aram Hovannisyan Qalstanyanı iğtişaşları qızışdırmaqda ittiham edib.

Zabitlər tərəfindən təpikləndiyini iddia edən Qalstanyan isə zorakılığa görə nazir Mirzoyanı və polisi günahlandırıb.

Qalstanyan bundan sonra tərəfdarları ilə birlikdə Yerevanın müqəddəs Anna kilsəsinə qayıdıb. Arxiyepiskop gündəlik etiraz yürüşlərinə məhz bu kilsədən başlayır.

Qalstanyanın tələbini daxili işlər naziri də rədd etmişdi

Bir aya yaxındır ki, keçirdiyi etiraz aksiyaları ilə Paşinanın istefasını tələb edən keşiş Baqrat Qalstanyan dünən mayın 29-da daxili işlər nazirindən nazirliyin binasından çıxaraq onunla etirazçıların qarşısında söhbət etməsini tələb etmişdi.

Dediyinə görə o nazirlə Erməni Kilsəsinin başçısı – katolikos II Qareginə və onu müşayiət edənlərə polis tərəfindən güc tətbiq olunmasını müzakirə etmək istəyirdi.

Paşinyanın özü mayın 28-də baş vermiş insidentdə polisin hərəkətlərinə haqq qazandırmışdı.

Nazir Vahe Qazaryan isə köməkçiləri vasitəsilə keşişə çatdırmışdı ki, onunla yalnız öz kabinetində görüşə bilər. Keşiş Qalstanyan bundan imtina etmişdi.

Bunun ardınca Qalstanyan və tərəfdarları burada beş saata yaxın gözlədikdən sonra Daxili İşlər Nazirliyinin ətraflarını tərk etmişdilər.

Bundan əvvəl

Erməni Kilsəsinin Ali Ruhani Şurası mayın 7-də Ermənistanın sərhədyanı Tavuş mərzindən baş nazirin istefasını tələb etmək üçün Yerevana yürüş keçirən Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan etmişdi.

Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər.

II Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi.

Keçmiş prezident Robert Koçaryanın “Hayastan” fraksiyasının deputatları Nikol Paşinyana qarşı impiçment proseduruna hazırlaşdıqlarını deyiblər.

Lakin bunu etmək üçün müxalifət parlamentdə kifayət qədər mandata malik deyil.

Gədəbəy sakinləri: 'Ermənilər ilə sıx alver edirdik'
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG