Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:50

​​​​​​​4 milyondan çox ukraynalı qaçqına çevrilib


Trostianets şəhəri, 29 mart, 2022-ci il
Trostianets şəhəri, 29 mart, 2022-ci il

Ukrayna ordusu isə xəbərdarlıq edib ki, Rusiya ayrı-ayrı bölmələrini rotasiya etmək məqsədi güdə bilər

BMT Rusiyanın səbəbsiz işğalı nəticəsində 4 milyondan çox ukraynalının ölkədən qaçdığını bildirir.

Qurumun qaçqınlar üzrə agentliyi – UNCHR martın 29-da günortayadək qaçqın sayının 4.02 milyona çatdığını, onların yarıdan çoxunun Polşaya getdiyini açıqlayıb.

BMT-nin qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi martın 30-da tvitində yazıb ki, “bu mənasız müharibənin evindən didərgin saldığı adamlara” dəstəyi artırmağın yollarını müzakirə etmək üçün Ukraynadadır.

UNCHR daha öncə də müharibənin 4 milyonadək insanı qaçqına çevirəcəyini deyirdi. Altı milyondan çox ukraynalı ilə ölkə daxilində köçkündür, bunu BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı bildirib.

Rusiyanın işğalı başlayanda Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə 37 milyon nəfər yaşayırdı. Rusiyanın ilhaq etdiyi Krım və şərq hissədə dəstəklədiyi separatçıların nəzarətində olan regionlar buraya daxil deyil.

Çerniqovun ötən gecə atəşə tutulduğu bildirilir

Ukraynanın şimalındakı Çerniqov regionunun qubernatoru bu gün – martın 30-da bildirib ki, Moskvanın hərbi aktivliyi azaltmaq vədinə baxmayaraq, Rusiya hücumlarına ara verməyib.

“Bu vədə inanırsınız? Əlbəttə, yox”, – qubernator Vyaçeslav Çaus Telegram-da yazıb.

“Çerniqov regionunda ‘aktivliyin azaldılması’ düşmənin Nijin şəhərinə hava zərbələri, bütün gecəni Çerniqov şəhərini atəşə tutması ilə müşahidə edilib”, – o qeyd edib.

Paytaxt Kiyev ətrafında isə ötən gecə atışma eşidilsə də, Rusiya qüvvələri şəhəri atəşə tutmayıb. Bunu şəhər merinin müavini Mikola Povoroznik deyib.

“Gecə nisbətən sakit keçib, hava həyəcanı və şəhər ətrafından atışma səsləri gəlir, şəhər özü atəşə tutulmayıb”, – Povoroznik dövlət televiziyasına deyib.

***

Qərb Moskvanın Ukraynanın bəzi yerlərində hərbi əməliyyatları könüllü azaltmaqla bağlı bəyanatına şübhəylə yanaşır. Prezident Volodimir Zelenski isə ukraynalıların “sadəlövh” olmadığını deyir. Bu arada Mariupol və digər yerlərdə döyüşlərin davam etməsi xəbərləri gəlir.

Britaniya hərbi kəşfiyyatının martın 30-da yaydığı məlumata görə, döyüşdə ağır iki vermiş Rusiya kontingentləri yenidən təşkilatlanmaq və təchizat əldə etmək üçün ölkələrinə və qonşu Belarusa qayıtmağa məcbur olublar.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, Rusiya quruda azaltdığı manevrləri kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya edəcək.

Təkliflər

Bir gün öncə Rusiya və Ukraynanın nümayəndə heyətləri İstanbulda bir araya gəliblər və danışıqlarda irəliləyiş əldə olunduğu bildirilib.

Danışıqlardan sonra Rusiya Kiyev və Çerniqov şəhərləri ətrafında hərbi aktivliyini kəskin azaltmaq qərarı verdiyini açıqlayıb.

Ukrayna isə təklif edib ki, kənardan təhlükəsizlik qarantiyaları olduqca və Rusiya onun Avropa İttifaqına qoşulmasına əngəl olmadıqca hərbi alyanslara qoşulmasın, ərazisində xarici qüvvələr yerləşdirməsin.

Ukraynanın danışıqlarda təmsilçisi Mixaylo Podolyak Twitter-də yazıb ki, ölkənin şərq regionlarının taleyi iki ölkə liderləri tərəfindən müzakirə olunacaq, hər hansı sülh razılaşması Ukraynada referendum çıxarılacaq.

Rusiya ilə Ukrayna ilkin razılığa gəldilər
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Sülh razılaşmasına “uzun yol”

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək şərqdəki Donbas regionunda separatçıları dəstəkləməyə başlayıb.

Rusiyanın danışıqlarda əsas təmsilçisi Vladimir Medinski isə təkliflərin öyrəniləcəyini, Prezident Vladimir Putinə təqdim olunacağını söyləyib.

Sülh razılaşmasının hazırlanması üçün “uzun yol getməliyik”, – Medinski TASS-a deyib.

Zelenski Rusiyanın vədlərinə ehtiyatlı yanaşıb. “Ukraynalılar sadəlövh adamlar deyillər”, – o, martın 29-da gecə söyləyib.

“Ukraynalılar bu 34 günlük işğal və son səkkiz ildə Donbas müharibəsindən öyrəndilər ki, yalnız konkret nəticəyə inana bilərlər”, – prezident bildirib.

Xəbərdarlıq

Ukrayna ordusu isə xəbərdarlıq edib ki, Rusiya ayrı-ayrı bölmələrini rotasiya etmək məqsədi güdə bilər.

“Rusiya qüvvələrinin yenidən qruplaşaraq diqqəti Ukraynanın şərqinə cəmləmələrinin əlaməti görünür”, – Baş Qərargah martın 29-da bəyan edib.

Rusiyalılar Kiyevi mühasirəyə almamaq görüntüsü yaratmaqla Ukrayna hərbi rəhbərliyini aldatmağa çalışırlar, qurum bildirir.

Britaniya və ABŞ liderləri də Rusiyanın hərəkətlərinə skeptik yanaşıblar.

Bu arada cənubdakı Mariupol liman şəhərində minlərlə dinc sakin Rusiya qüvvələri tərəfindən daimi atəşə tutulmaqdadır. BMT-nin Ukraynadakı insan haqları missiyasının başçısı “Reuters”ə deyib ki, şəhərin bombalanması başlanandan minlərlə dinc sakinin həlak olduğu güman edilir.

XS
SM
MD
LG