Azərbaycan FİFA-nın reytinqində 1 pillə irəliləyib

Azərbaycan yığması 191 xalla 138-ci mövqedə qərarlaşıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbol üzrə milli yığmaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması ötən ayla müqayisədə bir pillə irəliləyərək 191 xalla 138-ci mövqedə qərarlaşıb.
Azərbaycan yığmasının 2010-cu ildə keçiriləcək Dünya çempionatının qrup mərhələsindəki rəqiblərindən ən yaxşı nəticə Almaniya millisinə məxsusdur – ikinci yer. Digər rəqib Rusiya isə cədvəldə 10-cu mövqedədir.
Siyahıya 1557 xalla sonuncu Avropa çempionu İspaniya rəhbərlik edir. İtaliya isə 1320 xalla üçüncü yerdə qərarlaşıb.

Beşqat dünya çempionu Braziliya cədvəldə altıncı, Argentina isə yeddinci mövqedədir.

Türkiyə millisi isə 13-cü pillədə qərarlaşıb.