Naxçıvanda hücuma məruz qalan jurnalistin səhhəti yaxşılaşır

Başı yarılan jurnalisti həmkarları xəstəxanaya aparıblar

Naxçıvanda hücuma məruz qalan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Həkimeldostu Mehdiyevin səhhəti yaxşılaşır. O, «Azadlıq» radiosuna müsahibəsində belə deyib.
H.Mehdiyev yanvarın 31-də siyasətçilərdən müsahibə almaq üçün «Ümid» Partiyasının qərargahına gedib. Qəfildən İsmayıl İsmayılov adlı bir nəfər otağa girərək, külqabını onun başına vurub. Başı yarılan jurnalisti həmkarları xəstəxanaya aparıblar.
İsmayıl İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyinə aparılıb. Jurnalistin dediyinə görə, o, İsmayılovu tanımır, onunla heç bir ədavəti olmayıb.

Bu, Naxçıvanda jurnalistlərə qarşı birinci təzyiq deyil. Bu il yanvarın 29-da Sədərək sakini Malik Əliyev H.Mehdiyevi və «Azadlıq» radiosunun Naxçıvan müxbiri Məlahət Nəsibovanı ölümlə hədələyib.