Azərbaycan və Ermənistan futbolçuları 2007-ci ildə görüşəcəklər<p align=`left`><br><br>

Səs: Real audio
Azərbaycan və Ermənistan yığma komandaları futbol üzrə Avropa Çempionatının seçmə oyunları çərçivəsində 2007-ci ilin sentyabrında görüşəcəklər. Oyunlar sentyabrın 8 və 12-də keçiriləcək. Bu barədə "Azadlıq" radiosuna AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib "A" qrupunun oyunlarının təqvimi fevralın 10-da Brüsseldə keçirilən yığıncaqda müəyyənləşdirilib. Azərbaycan və Ermənistan yığmaları arasında qarşılaşmaların hansı ölkədə keçiriləcəyinə gəlincə, Fuad Əsədov deyir ki, hələ təxminən 2 iləcən vaxt var və bu barədə danışıqlar aparılacaq.



Futbol üzrə Avropa Çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan ilk oyununu Serbiyada keçirəcək, ikinci oyunsa Bakıda Qazaxıstan yığmasıyla olacaq.



AÇ-2008-in seçmə mərhələsində Azərbaycan yığma komandası Ermənistan, Portuqaliya, Serbiya-Çernoqoriya, Polşa, Finlandiya, Belçika və Qazaxıstan yığmaları ilə birlikdə "A" qrupuna düşüb.