Əli Həsənov: «Ermənistan işğal olunan ərazilərdə tarixi və mədəni abidələri dağıdıb»

Mayın 11-də Prezident İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə bildirib ki, dövlət obyektiv və birtərəfli olmayan araşdırmalar aparmaq üçün Azərbaycana gələn istənilən fakaraşdırıcı missiyaya şərait yaratmağa hazırdır.
Avropa Şurasının Faktaraşdırıcı Missiyasının bölgəyə gözlənilən səfərinə münasibət bildirərkən, Əli Həsənov deyib ki, Ermənistan tərəfi, Azərbaycanın işğal olunan ərazilərində tarixi və mədəni abidələri dağıdıb. Hətta YUNESKO-nun siyahısına salınan abidələr də məhv edilib. Bu baxımdan, Bakı beynəlxalq faktaraşdırıcı missiyaların obyektiv monitorinq aparmasında maraqlıdır: «Əks halda, Ermənistanın iddiaları əsasında birtərəfli yoxlamaların aparılmasına imkan verilməyəcək».