Obama Türkiyə və Ermənistan nazirləri ilə görüşüb

Obamanın Türkiyə və Ermənistan XİN başçıları ilə birgə görüşü. 6 aprel İstanbul

Amerika prezidenti Barak Obama Türkiyə və Ermənistan xarici işlər nazirləri ilə birgə görüş keçirib, tərəfləri münasibləri normallaşdırmağa həvəsləndirib.

Əli Babacan və Edvard Nalbandyanla görüş aprelin 6-da İstanbulda baş tutub.

Bundan əvvəl Türkiyə parlamentində çıxışı zamanı Obama deyib ki, Amerika İslamla müharibə aparmır. O, eyni zamanda Türkiyəni Amerikanın mühüm müttəfiqi olduğunu və onun Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini bildirib.

Aprelin 7-də Obamanın İstanbulda dini liderlər və tələbələrlə görüşü nəzərdə tutulub.

Daha sonra Amerika prezidentinin Türkiyəyə və Avropaya səfəri başa çatır.