İranda Azərbaycan dilində çıxan qəzet və jurnallar bağlanıb

Bəzz qalasına yürüşün qarşısının alınmasından sonra mətbuata qarşı hücumlar başlayıb

İran Azərbaycanında Əhər şəhəri yaxınlığındakı Bəzz qalasına illik yürüş cəhdinin qarşısının alınmasından sonra Azərbaycan dilində dərc edilən bütün mətbuat orqanlarının fəaliyyəti qadağan edilib. Dilmanc, Araz, Nəvide-Azərbaycan, Yarpaq, Yaşmaq, Avaye-Ərdəbil və Şəmsi-Təbriz kimi jurnal və qəzetlərin bağlandığı bildirilir. Farsdilli mətbuata da Azərbaycan məsələsinə toxunmaq qadağan edilib. Xəbərlərə görə, bu, ruhani rəhbər və yüksək səlahiyyətli hökumət nümayəndəsi Ayətullah Məhdi Kəhrubinin xüsusi göstərişi ilə həyata keçirilir.