ABŞ-ın yeni səfiri Bakıya gəlib

ABŞ-ın Azərbaycana təyin olunan yeni səfiri xanım Enn Dörsi (Anne Derse) iyulun 3-də gecə Bakıya gəlib. Jurnalistlərlə söhbətində «Azərbaycan Amerikanın vacib dostlarından biridir. Azərbaycanda yaşamağı və Azərbaycan xalqı ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm» deyən səfir ABŞ-la Azərbaycanın daha sıx əlaqələrinin qurulmasına çalışacağını bildirib.