Prezident Cümhuriyyət abidəsini ziyarət edib

İlham Əliyev abidənin önünə əklil qoyub

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 91 illiyi münasibəti ilə Cümhuriyyətin şərəfinə ucaldılmış abidəni ziyarət edib. O, abidənin önünə əklil qoyub.

Abidə 2007-ci ilin may ayında AXC-nin yaranmasının 89-cu ildönümü ərəfəsində ucaldılıb, qranit və ağ mərmərdən düzəldilib.

Üzərində ərəb və latın hərfləri ilə 28 may 1918-ci ildə Tiflisdə qəbul edilmiş «Müstəqillik Bəyannaməsi» həkk olunub.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mayın 28-də elan edilib.