«Təhsil haqqında» qanun qəbul edildi

Milli Məclis

Milli Məclis «Təhsil haqqında» qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Parlamentin iyunun 19-dakı iclasında qanun layihəsi səsə qoyularaq qəbul edilib. 107 deputat layihənin lehinə, 3 nəfərsə əleyhinə səs verib. Bitərəf deputat olmayıb.

Bu qanun layihəsinin müzakirəsi neçə il idi ki, gedirdi. Ötən ilin dekabrında sənəd Milli Məclisdə ikinci oxunuşdan keçmişdi.

İndiyə qədər qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul olunmuşdu.