Qənimət Zahidin şikayəti təmin olunmadı

Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib

Noyabrın 9-da Bakı Apelyasiya Məhkəməsi həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətini təmin etməyib. Qənimət Zahid vaxtından əvvəl azadlığa buraxılmasını istəyirdi.

Baş redaktorun vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, məhkəmə Əzizbəyov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qənimət Zahid 2007-ci ilin noyabrından həbsdədir. O xuliqanlıqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib.

Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları onun peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib azad olunmasını tələb edirlər.

Bu ilin sentyabrında Əzizbəyov rayon məhkəməsi baş redaktorun vaxtından əvvəl azadlığa buraxılmasıyla bağlı müraciətini rədd etmişdi.

Vəkil bildirib ki, qərardan Ali Məhkəməyə şikayət edəcəklər. Bu iddiaları da təmin edilmədiyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırırlar.

Qənimət Zahidlə yanaşı hazırda Azərbaycanda bir neçə jurnalist də həbsdədir.