Prezidentlər noyabrın 22-də görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri bu il sonuncu dəfə oktyabr ayında Moldovada görüşüblər

Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ probleminin nizamlanması üzrə növbəti görüşü noyabrın 22-də Münhendə Fransanın bu şəhərdəki baş konsulluğunun binasında keçiriləcək.

Xəbər Fransa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Azərbaycan və Ermənistan prezidentləri bu il sonuncu dəfə oktyabr ayında Moldovada görüşüblər.