Eynulla Fətullayevi dindiriblər

Bu gün Eynulla Fətullayevin kamerasından narkotik maddə tapılması iddiaları ilə bağlı istintaq əməlləri keçirilib. Bu barədə AzadlıqRAdiosuna vəkil İsaxan Aşurov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə tibb ekspertləri Fətullayevin narkotik asılılığını araşdırmaq üçün qan analizini götürüblər. Vəkil İsaxan Aşurov deyib ki, nəticəyə əmin olmaq üçün o özü də qan nümunəsi götürüb.

Bundan sonra jurnalist dindirilib. Dindirmədə vəkil İsaxan Aşurov və Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinin müdiri Yaşar Rzayev iştirak edib. Fətullayev ona qarşı irəli sürülən ittihamları rədd edib.