Prezidentlərin xizək sürmələrinin fotoları

Azərbaycan və Rusiya prezidentləri dağ xizəkçiliyi üzrə yarışların keçiriləcəyi ərazidə xizək də sürüblər

Rusiya prezidentinin dəvəti ilə Azərbaycan və Ermənistan prezidentləri «Krasnaya Polyana» dağ xizək kompleksində də olublar.

2014-cu ilin qış olimpiya oyunları Rusiyanın Soçi şəhərində keçiriləcək. Rusiya prezidenti artıq indidən bu kompleksin olimpiya oyunlarına hazır olduğunu əyani şəkildə hər iki ölkənin prezidentinə nümayiş etdirib.

Azərbaycan və Rusiya prezidentləri hətta dağ xizəkçiliyi üzrə yarışların keçiriləcəyi ərazidə xizək də sürüblər.

Yanvarın 25-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin arasında üçtərəfli görüş olub. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.