«Can Bakı» efirə qayıdır

Fevralın 3-dən başlayaraq, hər həftənin çərşənbə günü gündüz saat 12-dən 1-dək AzadlıqRadiosunun efirindən «Can Bakı» söyləyək!
11 aydır canlı efirdən internet səhifələrinə köçən «Can Bakı» proqramı fevralın 3-dən yenə sizlərlə canlı-canlı görüşür.

Hələlik hər gün olmasa da, hər həftə sizlərlə birgə «Can Bakı» deyəcək və Azərbaycan paytaxtının nəbzini tutmağa çalışacağıq.

Hər həftənin çərşənbə günü gündüz saat 12-dən 1-dək AzadlıqRadiosunun efirindən «Can Bakı» söyləyək!

Fevralın 3-də canlı efirdə müzakirə olunan MÖVZU


26 Bakı komissarlarının birincisi – Baş komissar niyə yoxa çıxıb?

QONAQLARIMIZ:

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Kamran İsmayılov

Tarixçi alimlər - Cəmil HəsənliNail Əliyev.

VERİLİŞİN GEDİŞİNDƏ DİNLƏYİCİLƏRİN SUALLARINA DA CAVAB VERİLDİ.

Proqramı aşağıdakı səs yazılarından dinləyə bilərsiz:




«CAN BAKI» AŞAĞIDAKI SAATLARDA TƏKRAR SƏSLƏNİR

Şənbə - 12:05-13:00
Bazar - 15:05-16:00