Elmar Məmmədyarov: «Ermənistanın mövqeyini neqativ qiymətləndirirəm»

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 5-də Venesiyada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək. Mayın 14-də jurnalistlərə açıqlamasında Məmmədyarov bildirib ki, həmin gün Venesiya Komissiyasının 60 illik yubileyi keçiriləcək.

Həmsədrlər həmin tədbir çərçivəsində ona Ermənistan tərəfinin yenilənmiş Madrid sənədi ilə bağlı mövqeyini çatdıracaqlar.

Мayın 12-də Brüsseldə həmsədrlər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar aparıblar.

Elmar Məmmədyarov deyir ki, Azərbaycan yenilənmiş prinsipləri qəbul etdiyini bildirməsinə baxmayaraq, Ermənistan hələ də konkret fikrini ortaya qoymayıb:

«Biz bu sənədin əsasında geniş sülh sazişi üstündə işə başlamağa hazırıq. Amma indiyədək Ermənistan dəqiq cavab verməyib. Mən ermənilərin mövqeyini neqativ qiymətləndirirəm. Çünki onlar danışıqlar prosesini ləngidirlər».