Tovuzda əsgər güllələnib

Hadisə mayın 25-də günorta saatlarında Tovuz rayonun «N» saylı hərbi hissəsində baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzadlıqRadiosuna bildirib ki, 2009-cu ilin iyulunda Şamaxı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər 22 yaşlı Elvar Yaqub oğlu Bayramov avtomat silahdan açılmış atəş nəticəsində ölüb:

«Hadisənin baş vermə səbəbləri hələlik bəlli deyil. Ancaq cinayət işi açılıb, araşdırma aparılır».

Teymur Abdullayevin sözlərinə görə, Elvar Bayramov Ermənistan silahlı qüvvələrinin açdığı atəşdən ölməyib.