Prezidentlərin mövqelərində yaxınlaşma qeydə alınıb

Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev və Ermənistan prezidenti - Serj Sarkisyan

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri dünən Dağlıq Qarabağ nizamlanmasına dair əsas problemləri müzakirə ediblər.

Rusiya prezidentinin mətbuat xidmətinin məlimatında deyilir ki, «nizamlanmanın əsas prinsiplərinə dair mətnin bəzi mübahisəli müddəaları üzrə mövqelərin yaxınlaşması qeydə alınıb».

Məlumatda qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupunun müşahidəçiləri qismində Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə bu sənədin üzərində işin başa çatdırılmasına yönələn dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.