Azərbaycan Türkiyə millisini məğlub etdi

Azərbaycan - Türkiyə oyunu

EURO-2012-nin seçmə qrup mərhələsində futbol üzrə Azərbaycan yığması Türkiyə millisini məğlub etdi. /FOTOLAR AŞAĞIDA/

Bakıda baş tutan qarşılaşmada çoxsaylı qol epizodları yaransa da, azarkeşlər yalnız bir qol gördü.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov 39-cu dəqiqədə qarşılaşmanın taleyini həll etdi.