Qarabağda eşşək yarışı

Sizin brauzer HTML5-i dəstəkləmir

Keçən bazar günü ermənilər işğal altında olan Ağdərə rayonun Vəng kəndində eşşəklərin yarışını keçirib. Onlar artıq üçüncü ildir ki, bu yarışı təşkil edirlər. Budəfki yarışa 80 iştirakçı qoşulub.

Rusiyada yaşayan iş adamı Levon Hayrapetyan qalibə 5000 dollar mükafat verib.

Yarışda İtaliya müğənnisi Al Bano da konsert proqramı ilə çıxış edib.

- Məni dəvət ediblər, ona görə Qarabağa gəlmişəm. Buna çox şadam. Bu, mənim Qarabağa ilk səfərimdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirib ki, hazırda onlar Al Banonun Qarabağa getməsi barədə yayılan məlumatları araşdırırlar. Əgər xəbər təsdiqlənsə, müğənninin adı Azərbaycana gəlməsi arzu olunmayan şəxslərin siyahısına daxil ediləcək.